Accessibility links

Azərbaycan və Rusiya dövlət televiziyalarının qarşılıqlı yayımı haqqında razılığa gəlib


Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımlanması haqqında razılıq əldə edib. Bu barədə Azərbaycan Milli Teleradio Şurasının sədri Nuşiravan Məhərrəmli «Amerikanın səsi» radiosuna bildirib. Onun sözlərinə görə, iyunun 8-də iki ölkə işçi qruplarının Moskvada keçirilən iclası zamanı mövcud məsələyə dair müvafiq hökumətlərarası Sazişin layihəsi müzakirə edilib. Cənab Məhərrəmli bildirib ki, hökumətlərarası Saziş imzalandıqdan sonra efir dövlət telekanallarına – yəni Azərbaycanda RTR-ə, Rusiyada isə AzTV-yə verilməlidir. Əgər, Rusiya tərəfi ictimai kanalının Azərbaycanda yayımını istəyərsə, Azərbaycanın ictimai televiziyası da Rusiyada yayımlanacaq. Eyni zamanda cənab Məhərrəmli deyib ki, ölkələrin əraziləri müqayisəyə gəlməzdir və buna görə simmetrik yayım haqqında danışmaq düzgün olmazdı. «Azərbaycan televiziyası yalnız azərbaycanlıların kompakt yaşadığı regionlara - Moskvaya, Moskva ətrafına, Sankt-Peterburqa və Dağıstana yayımlanacaq». O Azərbaycana yayımlanan xarici radiostansiyalara - "Amerikanın səsi", "Azadlıq", BBC, Beynəlxalq Fransa Radiosuna lisenziya qoymulması qərarı haqqında da məlumat verib. «Lisenziya 1il müddətinə, 2132 dolar dəyərinə veriləcək». Teleradio Şurasının sədri Azərbaycanda yayımlanan yerli televizaiylardan da danışıb. Onun sözlərinə görə, hazırda ölkədə 6 ümurespublika və 12 regional televiziya kanalı lisenziya alıb. Bir dövlət telekanalı da daxil olmaqla, daha 3 telekanal Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərir. Teleradio məsələləri üzrə ekspert Zeynpal Məmmədli isə Teleradio Şurasının qərarılarını «valyuntalist qərarlar» adlandırıb. Onun fikrincə, qərarlar Avropa İnsan Haqları konvensiyasına uyğun deyil.
XS
SM
MD
LG