Accessibility links

Azərbaycan terrorizmə qarşı mübarizədə etibarlı əməkdaşdır


Bu gün 11 sentyabr terror hücumu qurbanlarının xatirəsi yad edilir. Dünyanın hər yerində olduğu kimi ABŞ-ın Azərbaycandakı səifrliyində də dövlət bayrağı enldirilib , anım mərasimi keçirilib. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi 11 sentyabr terror aktlarını Amerika tarixinin ən kədərli günü adlandırıb. «Həmin günü insanların fərdi qəhrəmanlığı, vətəndaşların biri-birlərinin köməyinə gəldiyi gün kimi də xatırlayırıq. 11 sentyabr həm də əzm günüdür. Amerika həmin gün terrorizm bəlasına qarşı vuruşmaq və onu məğlub etmək öhdəliyi götürüb. Biz terrorizmi məğlub edəcəyik. Çünki bu gün, dünyanın digər dövlətləri terrorçuluğa qarşı mübarizədə bizə qoşularaq öz töhfələrini verir. Biz bu ölkələr sırasında Azərbaycanın adını qeyd etməyə şadıqik. Azərbaycan bu müharibədə öz köməyini təklif etmiş ilk ölkələrdəndir». Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Amerikanın səsi» radiosuna bildirib ki, Azərbaycan bundan sonra da terrorizmə qarşı mübarizədə sadiqdir. Biz regionda və dünyada sülh və əminamanlıq tərəfdarıyıq. Cənab Məmmədov Azərbaycanın terrorizmə qarşı uğurlu əməkdaşlıq etdiyini və ABŞ-la etibarlı tərəfdaş olduğunu deyib. Onun sözlərinə görə, son altı ildə Azərbaycanın hüquq mühafizə orqanları beynəlxalq terrorda günahlandıran onlarla insanı həbs edərək istintaqa təhvil verib. Şöbə müdiri Azərbaycanın bundan sonra da dünyada narahatçılıq mənbələrinin aradan qaldırılmasına kömək etməyə hazır ollduğunu bildirib. O misal kimi Azərbaycanın Qəbələ RLS-dən birgə istifadəyə razılıq verdiyini gösətrib. Müstəqil politoloq Rasim Musabəyov da Azərbaycanın terrorizmə qarşı mübarizədə mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, son altı ildə terrorizmə qarşı mübarizədə uğurlu əməkdaşlıq nəticəsində terrorçu qruplar geri çəkilməyə məcbur olub. Politoloq Azərbaycanın uğurlu əməkdaşlığı nəticəsində bir çox terror təşkilatlarının maliyyələşdirliməsinin qarşısının alınğını da diqqətə çatdırıb. O antiterror koalisiyasında mühüm rolu nəticəsində Azərbaycanın özünün də terror təhlükələrinə qarşı mühafizə üçün təcrübə və texniki vaasitələr əldə etdiyini deyib.
XS
SM
MD
LG