Accessibility links

Ağ Evin sabiq mətbuat katibi Azərbaycanda səfərdədir


Ağ Evin sabiq mətbuat katibi Dana Perina Azərbaycanda səfərdədir. Perinanın səfəri dünən başlayıb və dörd gün davam edəcək. Səfər zamanı o, Ağ Evin mətbuatla ünsiyyəti, hökumət-mətbuat münasibətləri və bu münasibətlərin əhəmiyyəti barədə təcrübəsini bölüşəcək. Bu barədə “Amerikanın səsi” radiosuna ABŞ-ın Bakıdakı səfirliyindən bildiriblər.
Məlumata görə, xanım Perina dünən Prezidentin mətbuat katibi Azər Qasımov və Xarici İşlər Nazirliyinin mətbuat katibi əvəzi Elxan Poluxovla görüşüb. Bu gün o, Mətbuat Şurasının üzvləri ilə görüşəcək və mayın 15-də Media Mərkəzində jurnalistlərlə görüşəcək.
Ağ Evin sabiq mətbuat katibinin Azərbaycan Diplomatik Akademiyasında çıxışı da nəzərdə tutulur.
Ağ Evin sabiq mətbuat katibi Dana Perina hazırda ictimaiyyətlə strateji əlaqələrin yaradılması üzrə aparıcı konsaltinq şirkəti kimi tanınan Burson-Marştellerdə Baş İşlər üzrə Müşavir vəzifəsində çalışır.
ABŞ tarixində mətbuat katibi vəzifəsində çalışan ikinci qadın və Prezident Buş hökümətinin yüksək rütbəli rəsmiləri arasında ən böyük rəğbət qazanmış bir şəxs olaraq, o, gərgin anlarda mühüm ismarıcların ərsəyə gəlməsi və yayılması işində mütəxəssisdir.

XS
SM
MD
LG