Accessibility links

ABŞ və Böyük Britaniya Azərbaycanda dinc nümayişçilərə qarşı zorakılığı pisləyir


ABŞ-ın Azərbaycandakı səfirliyi "Azadlıq" bloku tərəfdarlarına qarşı zorakılığı pisləyib. Səfirliyin açıqlamasında deyilir ki, ABŞ sərbəst toplaşmaq hüququndan dinc şəkildə istifadə edən vətəndaşlara qarşı əsassız qüvvə işlədilməsini pisləyir. «Biz hökuməti araşdırmalar aparmağa və buna görə məsuliyyəti olanları cəzalandırmağa çağırırıq» . ABŞ səfirliyi həmçinin Azərbaycan vətəndaşlarını təmkinli olmağa çağırır. Böyük Britaniyanın Azərbaycanda səfiri Lori Bristou isə hökumət qüvvələrinin müxalifətin bu günkü aksiyasını dağıtdığına görə dərin təəssüf hissi keçirdiyini bildirib. «Biz bütün tərəfləri maksimum şəkildə təmkinli olmağa çağırırıq. Müxalifət sərbəst toplaşmaq azadlığını qanun çərçivəsində həyata keçirməli, hakimiyyət isə bu azadlığın təhülkəsizlik şəraitində reallaşdırılmasına şərait yaratmalıdır»-deyə cənab Bristou Turan agentliyinə bildirib.
XS
SM
MD
LG