Accessibility links

Azərbaycanda minimum əmək haqqı, pensiyların baza hissəsi, əmək haqları və müavinətlər artırılıb


Azərbaycan prezientinin sərəncamları ilə fevralın 1-dən sosial təminat, elm və elmi tədqiqiat, mədəniyyət, gənclər və idman sahəsində çalışanların, səhiyyə, təhsil işçilərinin əmək haqları 25 faiz artırılıb. Eyni zamanda, dövlət başçısı fevralın 1-dən yaşa görə pensiyaların baza hisəssinin və minimum əmək haqlarının 50 manat (bundan əvvəl 40 manat idi) müəyyən edilməsi barədə sərəncam imzalayıb. Prezident həmçinin yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına görə, bir yaşadək uşağı olan aztəminatlı ailələrə, uşağın anadan olmasına görə, dəfn üçün müavinətlərin müxtəlfi məbləğlərdə artırılması barədə sənəd imzalayıb. Döəvlət başçısı Nazirlər Kabinetinə tapşırıb ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının yeni həddi təsdiq edilənədək kommunal və digər xidmətlər üzrə tariflərin artırılması ilə əlaqədar “Ailənin orta aylıq gəlirlərinin hesablanması Qaydası”na müvafiq dəyişikliklər etsin. Prezident İlham Əliyev əmək haqqları, pensiya və müavinətlərin artalırması ilə bağlı sərəncamlarını Tarif Şurasının əsas neft məhsullarının və kommunal xidmətlərin kəskin artımı ilə bağlı qərarından sonra imzalayıb.
XS
SM
MD
LG