Accessibility links

Azərbaycan prezidentinin ekoloji siyasəti mükafata layiq görülüb  


Azərbaycan prezidenti İlham Əliyevə Almaniyanın Mixael Zukkov Fondunun ali mükafatı təqdim olunub. Dövlət başçısı ali mükafata ölkədə apardığı uğurlu ekoloji siyasətə görə layiq görülüb. Mükafat medaldan və 15 min avrodan ibarətdir. Dövldət başçısı ona təqdim edilən vəsaiti ekoloji problemin həllinə sərf edəcəyini bəyan edib. Fondun prezidenti Mixael Zukkov bildirib ki, Azərbaycandakı landşaft müxtəlfiliyi Avropanın heç bir ölkəsində müşahidə olunmayıb. "Bizim məqsədimiz landşaft müxtəlifliyinin, Xəzər dənizi və onun adalarının, yarımsəhraların, göllərə malik gözəl ərazilərin, Hirkan və Böyük Qafqazda enliyarpaqlı böyük meşə ərazilərinin, Alp çəmənliklərinə malik yüksək dağların və Cənubdakı tikanlı çöllərin olduğu kimi qorunub saxlanılmasıdır. Azərbaycanda 4500-dən çox bitki növü var, bu da Almaniyadakından iki dəfə çoxdur. 100-dən çox məməli heyvan növü yaşayır və 10 qartal növü müşahidə olunub". Onun sözlərinə görə, hökumət son illər təbiətin mühafizəsi və eklogiya sahəsində böyük işlər görüb. "2003-cü ilədək xüsusi mühafizə olunan təbiət obyektləri ölkə ərazisinin cəmi 5 faizini təşkil etdiyi halda, qısa müddətdə bu 8 faizə çatdırılıb. Son illər Şirvan, Hirkan, Ağ göl, Ordubad, Abşeron və Altı-Ağac milli parkları yaradılıb. 2002-ci ildən başlayaraq meşəsalmanın illik miqyası 8 min hektar təşkil edib". Prezident İlham Əliyev dünyada tanınımış Mixael Zukkov Fondunun lai mükafatını almağı böyük şərəf hesab edir. Onun fikrincə, ali mükafat Azərbaycanda görülən işlərə verilən qiymət, gələcəkdə görüləcək işlərə isə verilən avansdır. Dövlət başçısı bildirib ki, gələcəkdə də ətraf mühitin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün əlindən gələni edəcək. Dövlət başçısı öləkə ərazisinin 20 faizinin işğal altında olduğunu və həmin torpaqlarda ekoloji vəziyyətin ağırlığını diqqətə çatdırıb. Onun sözlərinə görə, işğalçılar tarixi, mədəni, dini abidələri dağıdıb, təbiətə də zərbə vurmağa cəhd edir. Dövlət başçısı işğalçıların işğal zonasında torpaqları yandırdığını da qeyd edib.
XS
SM
MD
LG