Prezident İlham Əliyev hökumət üzvlərinin iştirakı ilə ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirib. Müşavirə əsas neft məhsullarının və kommunal xidmətlərin qiymətlərinin kəskin artımından sonraya təsadüf edir.
Azərbaycan Dövlət televiziyasının məlumatına görə, dövlət başçısı 2006-cı ilin iqtisadi-soial yekunlarını müsbət dəyərləndirib. Onun sözlərinə görə, ötən il ümumdaxili məhsul 37,8 faiz artıb, infilyasiya isə cəmi 8,3 faiz təşkil edib. «Pul gəlirlərinin 22 faiz artması əhalinin həyat vəziyyətinin yaxşılaşmasından xəbər verir».
Dövlə başçısının fikrincə, ötən il daxili və xarici investiyalar üçün əlverişli olub. «Ölkə iqtisadiyyatına 7 miylard dollar investisiya qoulub. Daxili investisiyaların həcmi də artıb, sahibkaprlığın inkişafı üçün geniş imkanlar yaranıb. Ötən il Azərbaycanın valyuta ehtiyatları 4 miylard dollar səviyyəsinə çatıb. Büdcə xərcləri isə 80 faiz olub. Əhalinin əmək haqları artırılıb, nəhəng layihələr maliyyələşdirilib. Növbəti mərhələdə dövlət büdcəsi 6,5 milyard dollar olacaq».
Prezident hazırda işsizliyin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirildiyini deyib. «Ötən il yoxsulluğun səviyyəsi 20 faiz olub. İndi işsizliyin ləğvi ilə məşğuluqsa, yaxın gələcəkdə xaricdən işçi qüvvəsinin cəlib baxımından Azərböaycanın rolu getdikcə artacaq».
Cənab Əliyev Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisini ötən ilin iki tarixi hadisəsi adlandırıb. «Bu il kəmərlə 40 milyon ton, gələn il isə 50 milyon ton neft axıdılacağı nəzərdə tutulub».
Dövlət başçısı Ermənisian Azərbaycan münaqişəsi ilə bağıl aparılan danışıqlar prosesindən də danışıb. «Ermənistan 2006-cı ildə də qeyri-konstruktiv mövqeyini davam etdirib. Bəzi hallarda danışıqlar prosesini pozub, bir sıra hallarda isə vaxtı uzatmaqla məşğul olub. O Azərbaycanın mövqeyinin dəyişməz qaldığını və danışıqlara sadiq olduğunu diqqətə çatdırıb. Azərbaycan danışıqları Praqa prosesi çərçivəsində aparır. Bu format
məqbuldur və Azərbaycanıvn maraqlarını tam təmin edəcək formatdır».
Cənab Əliyev ötən il Bakı-Tbilssi-Qars dəmir yolunun tikintisi üçün ciddi işlər görüldüyünü deyib. Onun sözlərinə görə, bəzi dairələr dəmir yolunun Ermənistandan keçmədiyini bəhanə gətirərək mane olamağa çalışsalar da məqsədlərinə nail olmayıb. «Ermənisan Azərbaycan torpaqlarını işğal etdiyi üçün bütün yollar ondan kənardan keçəcək»-deyə o qeyd edib.
Dövlət başçısı 2007-ci ildə Azərbaycanın qarşısında duran əsas məsələlərə də toxunub. Onun dediyinə görə, 2007-ci ildə də əhalinin minimum və orta əmək haqqı qaldırılacaq, makroiqtisadi sabitliyin qorunub saxlanması diqqətdə olacaq.
Prezident Tarif Şurasının qiymətlərin qaldırılması ilə bağlı qərarına da münasibət bildirib.«Bütün dünyada qiymətlərin bahalaşması Azərbaycanda da bu sahədə tədbirlərin görülməsini zəruri edib. Hökumətin siyasəti əhalinin qiymət artımınldan əziyyət çəkməməsinə yönəlib. Bununla bağlı hökumət sosial siyasəti gücələndirəcək. Minimum əmək haqları fevralın 1-dən 50 manata çatdıralcaq».
Müxalifət isə ötən ilin iqtisadi və siyasi yekunlarının xalqın mənafeyinə xidmət etmədiyini bildirir. Müsavat partiyasının başqanı İsa Qəmbər dövlət başçısının Tarif Şurasının qiymətlərin kəskin artırılması qərarı ilə bağlı mövqeyini tənqid edib.
Cənab Qəmbər 2005-ci ildə Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağda referendumla bağlı öhdəlik götürdüyünü deyib. Onun fikrincə, hakimiyyət xatirinə edilməsi mümkün olmayan vədlər verilməməlidir.
Müsavat başqanı hesab edir ki, hazırki hakimiyyətin siyasəti xalqın fikirləri əsas götürülmədən müəyyən edilir və ona görə də xalqa deyil bir qrup insana xidmət edir.
Azərbaycanın keçmiş baş naziri Əli Məsimov isə hakimyyətin iqtisadi siyasətinin reallıqlara əsaslanmadığını bildirir. Onun sözlərinə görə, hazırki əmək haqları yaşayış minimumunu belə ödəmir.
Politoloq Qabil Hüseynli Ermənistan-Azərbaycan danışıqlarının Praqa prosesi çərçiəvsində davam etdirilməsini Azərbaycanın mənafelərinə zidd sayır. Onun fikrincə, referendum məsələsi nizamlanmanın ikinci mərhələsində birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.