Accessibility links

Azərbaycan prezidenti Ermənitsanı işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmağa çağırıb


«Azərbaycan polisi vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır». Bu barədə Azərbaycan prezidenti İlham Əlyiev polisin təşkilinin 89-cu ildönümü ilə bağlı Polis Akademiyasında keçirilən mərasimdə məzunlar qarşısında çıxışında bildirib. Onun sözlərinə görə, Azərbaycanda kriminogen vəziyyət bütün MDB məkanında və bölgədə ən müsbətdir. Dövlət başçısının fikrincə, polisin qarşısında duran mühüm vəzifələrdən biri də daxili sabitliyi qorumaq, cinayətkar dəstələrə, vəziyyəti gərginləşdirmək, qanunsuz yollarla hakimiyyəti dəyişmək istəyən qüvvələrə qarşı barışmaz mübarizə aparmaqdır. O misal kimi dövlət çevrilişi cəhdlərinə müraciət edib və daha çox 2005-ci il parlament seçkiləri qabağı baş verən hadisələrin üzərində dayanaıb. Cənab Əliyevin sözlərinə görə, o vaxt Azərbaycanda “inqilab” etmək istəyən qüvvələrə Azərbaycan dövləti layiqli cavab verib. İlk növbədə, xalqla iqtidar arasında birlik, Azərbaycan iqtidarının xalq tərəfindən dəstəklənməsi və Azərbaycan iqtidarının xalqa xidmət etməsi bütün bu planları alt-üst edib. Prezident dövlət çevrilişi baş verəcəyi halda ölkədə xaosun olacağını, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməyəcəyini və hazırki iqtisadi yüksəlişin baş verməyəcəini xatırladıb. Prezidentin dediyinə görə, 2005-ci ildə dövlət çevrilişi cəhdinin qarşısının alınmasında polis çox cəsarətlə, çox qətiyyətlə və lazım olan şəkildə iştirak edib. Dövlət başçısı polisi bu gün də dəstəkləyidini önə çəkib. O eyni zamanda bildirib ki, poilsin yaxın beş ildə maddi-texniki təchizatı və peşəkarlığı dünyanın ən yüksək standartlarına cavab verməlidir. «Polis qətiyyətli olmalıdır, cinayətkarlara qarşı barışmaz, sərt olmalıdır, eyni zamanda, insanlara qarşı çox mədəni, mülayim olmalıdır, kobudluğa yol verməməlidir». Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Onun fikrincə, müharibə hələ bitməyib, birinci mərhələsi başa çatıbdır. Prezident Azərbaycanın torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacağını və ərazi bütövlüyünün qeyd-şərtsiz bərpa olunmasını tələb edib. Cənab Əliyev Ermənistanı cəsarət tapmağa və onlara məxsus olmayan torpaqlardan öz xoşları ilə çıxmaca səsləyib.
XS
SM
MD
LG