Accessibility links

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının sürətli inkişafından danışıb


Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üç illinə həsr olunmuş konfrans keçirilib. Tədbirdə prezident İlham Əliyev, hökumətin üzvləri, deputatlar, yerli icra orqanlarının rəhbərləri, səfirlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib. Prezident regionların sosial-iqtisadi inkişafı proqramının uğurla icra edildiyini bildirib. Onun sözlərinə görə, son üç ildəki quruculuq işləri nəticəsində regionların siması dəyişib. Dövlət başçısının fikrincə, proqramın əsas məqsədi hərtərəfli inkişafı təmin etmək, qeyri-neft sektorunun inkişafı, insanların işlə təmin edilməsidir. Son üç ildə 520 min yeni iş yeri açılıb. Prezitdent dövlət büdcəsinin xərcləriniin də son üç ildə beş dəfə artıdığını, 1,4 milyard dolalrdan 6,5 milyard dollara çatdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu il büdcənin gəlir və xərcləri yenə artırılacaq. Eyni zamanda, cənab Əliyev iqtisadiyyat və biznes sahəsində bəzi problemlərin olduğunu da qeyd edib. Onun fikrincə, biznes mühitinin yaxşılaşdırılması üçün hüquqi dövlət qurulmalıdır. "Lakin biz hələ buna nail olmamışıq. Hələ də iş adamlarının fəaliyyətinə müdaxilə halları mövcuddur. Mən bütün bu problemlər barədə məlumatlıyam", - deyə o vurğulayıb. Dövlət başçısı Azərbaycanda neft gəlirlərinin ədalətli bölündüyünü, xalqın mənafeyinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, bir sıra ölkələrdə neft gəlirləri artıdıqca əhalinin sosial vəziyyəti ağırlaşır və həmin ölkələrdə yalnız bir qrup insanlar varlanır. Cənab Əliyev Azərbyacanın yaxın zamanda donor ölkəyə çevriləcəyini deyib. Onun sözlərinə görə, artıq ölkənin humanitar yardımlara ehtiyacı yoxdur. Prioritet məsələlərdən danışarkən cənab Əliyev səhiyyə və təhsilə diqqətin artırılmasının əhəmiyyətini qeyd edib. «Bakıda və Abşeronda ekoloji vəziyyətin yaxşılaşmasına xüsusi yer ayrılacaq. Turizmin inkişafı kontekstində ölkənin şəhərləri arasında sürətli dəmir yolu xətlərinin yaradılması, yeni yolların tikintisi imkanları nəzərdən keçirilir. Xəzərin sahilyanı zonasının inkişafı da nəzərdə tutulur». Prezident ölkənin gələcək perspektivlərinin elm və təhsillə bağlı olduğunu vurğulayıb. Dövlət başçısı hesab edir ki, qabaqcıl ölkələrin inkişafı heç də təbii sərvətlər, ölkənin coğrafi durumu ilə bağlı deyil. İqtisadi inkişaf naziri Heydər Babayev ötən il ÜDM-in adambaşına düşən həcmi 2120 manat olduğunu deyib. «ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi 81% çatıb. 2006-cı ildə dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin ümumi məbləği 2005-ci ildəkindən 6 dəfə çox olub. Ötən il ümumilikdə 407 emal müəssisəsi, 722 tikinti müəssisəsi, 500-ə yaxın kənd təsərrüfatı müəssisəsi, 1000-dən çox ticarət və xidmət müəssisəsi açılıb ki, bunun da 40%-i regionların payına düşür». Cənab Babayev makroiqtisadi mühitin sabitliyini isə xüsusi qeyd edib.
XS
SM
MD
LG