Accessibility links

Azərbaycan Qadın Hüquqşünaslar Assosiasiyası təsis edilib


Azərbaycan Qadın Hüquqşünaslar Assosiasiyası təsis edilib. Qurum Amerika Hüquqşünaslar Assosiasiyasının və ABŞ-ın Beynəlxalq İnkişaf Agentilyinin maliyyə dəstəyilə fəaliyyət gösətrəcək. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi bildirib ki, Amerika dünyada və Azərbaycanda demokratiyaya dəstək verir. O Azərbaycan hökumətinin Avropa Şurası, ATƏT və NATO qarşısında götürdüyü öhdəlikləri qəbul etməsinin ölkənin davamlı demokratik inkişafı, müstəqillik, sabitlik və firəvanlığı üçün əsas olacağına ümid edir. Xanım Dörsi hesab edir ki, mühüm iqtisdai islahatlar qanunun aliliyindən asılıdır. Heç bir sistem özünün bütün insan resurslarından istifadə etmədən tam potensialı ilə işləyə bilməz. Səfirin fikrincə, bu mənada Qadın Hüquqşünaslar Birliyinin ölkənin siyasi, istisadi, sosial həyatında rolu böyük olacaq. Qadın Hüquqşünaslar Assosasiyasının rəhbəri Səbinə Qəhrəmanova təşkilatın tez bir zamanda özünü təsdiq edəcəyini və ölkədə qadın həmrəyliyinə nail olacağını bildirib. Onun sözlərinə görə, qurum maarifçilik işləri ilə də məşğul olacaq. ABŞ Hüquqşünaslar Assosiasiyasının Azərbaycan üzrə direktoru Frenk Hespe Qadın Hüquqşünaslar Assosasiasının hüquq sahəsində qadınların rolunun artmasına kömək edəcəyinə əmindir. «Azərbaycanda hüquqşünas qadınların sayı kişilərə nisbətən azdır. Bu səbəbdən onlara dəstək vermək çox vacibdir. Hesab edirik ki, qadın hüquqşünasların birliyi professional tələblərə cavab verməklə yanaşı, maneələrin özünəməxsus həll yollarını tapmaqda, qadınların birləşməsi və hüquqlarının müdafiəsi üçün forumlar təşkil etməkdə yardımçı olacaq».
XS
SM
MD
LG