Accessibility links

Azərbaycan Şimali Qafqaz regionunu qazla təmin edəcək


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Azərbaycan Rusiyanın Şimali Qafqaz regionunu təbii qazla təmin edəcək. Belə ki, Azərbaycan gələn ilin əvvəlində Rusiyaya 1,5 milyard kubmetr qaz satmaq imkanında olacaq.
Ekspertin dediyinə görə, Rusiyaya satılacaq qazın Şahdəniz qazına aidiyyəti yoxdur. Rusiyaya satılacaq qaz indiyədək havaya buraxılan səmt qazının yığılması və köhnə strukturların yenidən işlənməsi hesabına əldə ediləcək. Bununla yanaşı, Azərbaycan bu ilin sonunadək Ümid strukturunun açılacağını gözləyir. Mütəxəssislər həmin strukturda zəngin qaz ehtiyatı olduğunu güman edir.
Cənab Şaban Azərbaycanın yaxın zamanda İranın şimal regionuna da qaz satacağını düşünür.

XS
SM
MD
LG