Accessibility links

Bakı-Qara dəniz neft marşrutu yaradılacaq


Bakıda Azərbaycan və Qazaxıstan prezidentlərinin danışıqları iki ölkə arasında enerji əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş üç sənədin imzalanması ilə başa çatıb.
Azərbaycan və Qazaxıstanının Dövlət Neft Şirkətləri (SOCAR və “Kazmunayqaz”) arasında “Qazaxıstan neftinin nəqli üçün Azərbaycan infrastrukturundan istifadə haqqında” Saziş, Qazaxıstan neftinin nəqli üzrə Transxəzər layihəsinin Texniki İqtisadi Əsaslarının işlənib hazırlanması və Bakı-Qara dəniz neft marşrutunun yaradılması haqqında memorandumlar imzalanıb.
Prezident Əliyev iki ölkə arasında dialoqun yüksək səviyyədə olduğunu, bu ölkələrin əməkdaşlığın dərinləşməsi üçün yaxşı imkanlar açan konkret layihələrdə iştirakını qeyd edib.
Prezident Nazarbayev iki ölkə arasında hər-hansı “həll edilməmiş problem, fikir ayrılığı və mübahisə” olmadığını deyib.
Qeyd edək ki, iki ölkə arasında imzalanmış enerji sazişlərinin əsasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən Bakı-Ceyhan, Bakı-Supsa neft kəmərləri və dəmir yolu ilə dünya bazarına nəqli planları durur.

XS
SM
MD
LG