Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfər edib


Bu gün Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. AzərTAC dövlət agentilyinin məlumatına görə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Trend agentliyinin məlumatına görə, fransalı həmsədri Bernar Fasye bu gün Yerevana yola düşməzdən öncə Bakı aeroportunda bildirib ki, Dağlıq Qarabağ üzrə danışıqlar prosesi konstruktiv və əsaslı surətdə davam edir. Biz qeyd etməyə şadıq ki, hər iki tərəf bizim səylərimizə çox konstruktiv yanaşıb. Onun sözlərinə görə, son il yarım ərzində o, öz həmkarları ilə birgə sülh prosesi çərçivəsində müxtəlif təkliflər üzərində işləyir. «Bizim işimiz çox uzun proses olan sülh divarları tikməkdir. Hər kərpiclə biz irəliləyişi möhkəmləndiriirik. Biz sülh divarlarının yenidən qurulması işini davam etdirəcəyik»-deyə B. Fasye qeyd edib. Sülh danışıqları layihəsi üzərində iş aparılırmı - sualına cavab verərək diplomat əlavə edib ki, hər şey əldə olunan irəliləyişlərin davamı və möhkəmləndlirilməsindən asılıdır. «Biz sılh sazişi imzalayan tərəflər deyilik. Hər şey sizin rəhbərlərinizin siyasi iradəsindən asılıdır. Biz yalnız onlara kömək etməyə çalışırıq, lakin son söz onlarındır». «Trend»in məlumatına görə, amerikalı həmsədr Metyu Brayza buna əlavə olaraq deyib ki, 2007-ci ildə sülh sazişinin imzalanması mümkündür, lakin bir neçə problem həll olunmalıdır. Cənab Brayza bildirib ki, Azərbaycan rəhbərliyi ilə keçirilmiş danışıqları konstruktiv adlandırmaq olar. Onun sözlərinə görə, məsləhətləşmələr zamanı Dağlıq Qarabağ nizamlanmasının «əsas prinsipləri», eləcə də enerji məsələləri nəzərdən keçirilib. Vasitəçi əlavə edib ki, Azərbaycan prezidenti və xarici işlər naziri danışıqlara ciddi və konstruktiv şəkildə yanaşır və bu, cari ildə razılığın əldə olunacağına ümid etməyə imkan verir. Bu zaman M.Brayza əlavə edib ki, hər iki tərəf danışıqlarda öz mövqelərini ciddi şəkildə, lakin konstruktiv şəraitdə müdafiə edir.
XS
SM
MD
LG