Accessibility links

Qazaxıstan Azərbaycan vasitəsilə Qafqaz ölkələri və Avropa İttifaqı bazarına neft məhsulları və taxıl çıxarır


"Qazaxstanla Azərbaycan arasında qarşılıqlı əlaqələr ən yüksək səviyyədədir, lakin həyat bu imkanların genişləndirilməsini tələb edir". Bu barədə bu gün Qazaxstan baş naziri Kərim Məsimovla görüşdə Azərbaycan baş naziri Artur Rasi-zadə bildirib. Cənab Rasi-zadənin sözlərinə görə, ötən il Azərbaycanla Qazaxstan arasında əmtəə dövriyyəsi iki dəfə artıb. Kərim Məsimov isə hesab edir ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə çatıb və yeni inkişaf impulsu tələb edir. "Bu gün əldə edəcəyimiz razılıqlar daha praktik və konkret məzmun verəcək. Bakı-Tbilisi-Ceyhan üzrə hökumətlərarası saziş buna parlaq nümunədir». Cənab Məsimov Azərbaycan və Qazaxıstan arasında dəniz nəqliyyatı üzrə sazişin müddətinin uzadılması, karbohidrogenlərin nəqli üzrə hər iki ölkənin infrastrukturunun genişləndirilməsində Qazaxıstanın maraqlı olduğunu bildirib. O həmçinin bildirib ki, Astana Xəzərin dibi ilə fiber-optik xəttin çəkilməsini sürətləndirmək istərdi. «Turan» Agentliyinin məlumatına görə, səfər zamanı həmçinin aviasiya, energetika, nəqliyyat və rabitə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstanın baş naziri Kərim Məsimov Bakı taxıl terminalının açılışında da iştirak edib. İlk vaxtlarda liman terminalının gücü ildə 500 min ton, perspektivdə isə 800 min ton təşkil edəcək.
XS
SM
MD
LG