Bir neçə gün öncə Romada Türkiyə-Yunanıstan-İtaliya təbii qaz kəməri layihəsinə dair müqavilə imzalanıb. Sənəd Türkiyə-Yunanıstan boru kəmərinin Adriatik dənizindən keçməklə İtaliyaya qədər uzadılmasını nəzərdə tutur.
Müqavilə ilə bağlı ABŞ Dövlət Departamenti təbrik bəyanatı yaymıb. Təbrikdə deyilir ki, Birləşmiş Ştatlar hər üç ölkənin baş nazirini bu cür mühüm sənədin imzalanması münasibətilə təbrik edir. «Müqavilə Xəzər hövzəsi təbii qazının nəqli üçün kommersiya əsası və hüquqi baza yaratmaqla, ABŞ və Avropa İttifaqının güclü dəstəyi ilə Xəzər regionunun inkişafı istiqamətində hər üç ölkənin birgə səylərinin məhsuludur».
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər bildirib ki, yeni müqavilə həm Türkiyə, həm də Avropa üçün əhəmiyyətlidir.
«Bu ilin avqustundan Yunanıstana təbii qaz nəqlinə başlanacaq, bu layihə başa çatdıqdan sonra isə Azərbaycan qazı Qərbi Avropaya nəql ediləcək». Müstəqil ekspertlər də üç ölkə arasında bağlanmış müqafiləni mübət qarşılayır. Ancaq sənədin reallaşması üçün Xəzər regionunda da çoxsaylı işlər görülmlidir. Neft Araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban «Amerkianın səsi» radiosuna müsahibəsində sənədin əhəmiyyəti və qarşıda duran planlardan danışır.
Onun fikrincə, Xəzər qazı Rusiyanın «Mavi- axın-2» kəmərinə alternativ kimi nəzərdə tutulur. Ancaq Xəzər qazı Türkmənistan qazı olmadan Rusiya qazı ilə müqaisədə cəmi 20 faiz təşkil edə bilər.