Azərbaycanda qadınlar bayramı qeyd edilir. Paytaxtın parykları, restoranları və meydanlarında minlərlə insan öz sevgililəri ilə gəzintiyə çıxıb. Konsert zallarında qadınların şərəfinə geniş proqramlar təşkil edilib. Dənizkənarı bulvarın isə özgə ləzzəti var. Bulvar boyba-boya gözəl təbəssümlü gənclərin sevincini bölüşür. Küçələrdə qadınların gülüş səsləri güllərə qarışıb. Bir sözlə hər yerdə həzin qadın səsləri insana zövq verir.
Prezident İlham Əliyev də 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ölkə qadınlarını təbrik edib. Prezidentin təbrikində deylir ki, Azərbaycan qadınının milli-mənəvi dəyərlər sisteminin təşəkkülündə və yaşadılmasında müstəsna rolu var. «Qadın adını hər bir azərbaycanlı həmişə uca tutmuş, ana məfhumunu Vətənin təcəssümü saymışdır. Azərbaycan qadınının gözəlliyi, sədaqəti, mərdliyi, ana məhəbbətinin ülviliyi xalq yaradıcılığı nümunələrində, görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunmuşdur».
Dövlət başçısının fikrincə, qadın hərəkatı demokratikləşmə və dövlət quruculuğu proseslərində mühüm rol oynayır. « Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı uğurlar qadınlarımızın nə qədər böyük potensiala malik olduğunu nümayiş etdirir».
Azərbaycan Respublikasında əhalinin yarıdan çoxunu qadınlar təşkil edir və qadınlar kişilərlə bərabər hüquqa malikdir. Azərbaycan qadını siyasi azadlıqlarını hətta Avropanın bir çox ölkələrindən və ABŞ-dan tez qazanıb. Hələ 1918-ci ildə Azərbaycanda qadın hakimiyyət orqanlarına seçmək və seçilmək hüququnu bərpa edib. Hazırda ölkədə savadsız qadın yoxdur. Qadınlar kişilərlə yanaşı polis, gömrük, sərhəd xidməti orqanlarında xidmət keçir, elm, səhiyyə, təhsil ocaqlarının aparıcı simalarıdır.
Ölkədə qadın hüquqları ilə ailə, qadın və uşaq problemləri komitəsi məşğul olur. Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Amerikanın səsi radiosuna bildirib ki, Azərbaycan Respublikasının qanunvericilik aktlarında qadınların hüquqları beynəlxalq normalara uyğun olaraq qorunur və ölkə qadınlarla bağlı onlarla beynəlxalq sənədlərə qoşulub. Ancaq qadınların arzuları daha böyükdür.
Reallıda qadınlar əhalinin say tərkibi ilə müqaisədə heç də hakimiyyətdə çox təmsil olunmur. Parlaentdə 15 qadın deputat var və vitse-spikerlərldən biri qadındır, məhkəmələrdə, icra hakimyyətində, biznes strukturlarında qadınların çəkisi çox aşağıdır. Son zamanlar isə qadınların hakimiyyət struturlarında irəli çəkilməsində sanki bir durğunluq hökm sürür. Ölkədə nazir qadın yoxdur, səksənədək rayon icra hakimiyyəti başçısından yalnız biri qadındır. Qadınlardan danışlanda isə onların daha çox ailədə roluna istinad edilir.
Milli Məclisin deputatı Qənirə Paşayeva da reallıqda qadınlara münasibətin heç də qanunlarda təsbit olunduğu qədər olmadığını bildirir. Onun sözlərinə görə, qadınlar ictimai-siyasi xadim kimi özünü təsdiq etmək üçün, kişilərə nisbətən ikiqat çox işləməli olur.
Deputat Jalə Əliyeva diqqəti daha çox Azərbaycanda müharibə qurbanları olan qadınlara yönəldib. Onun sözlərinə görə, yüz minlərlə azərbaycan qadını münaqişə qurbanına çevrilib və bu qadınlar 15 ildən çoxdur ki, öz doğma ocağının arzusu ilə yaşyır. Deputat ölkədə qadın xoşbəxtliyini lik öncə sülh və əminamanlıqda görür.
Zeynəb Xanlarova nəinki Azərbaycanda və türk dünyasında, eyni zamanda keçmiş SSRİ-də ünli müğənilərdəndir. O bir neçə çağırış Milli Məclisin deputatıdır. Zeynəb xanım da qadın xoşbəxtliyi deyəndə qaçqın qadınları düşünür. Deputatın fikrincə, qaçqın qadınlar öz doğma yurdlarına qayıtmasa azərbaycan qadınının xoşbəxtliyindən danışmaq tezdir.
Zeynəb xanım dövləti qadınlara qayğını artırmağa çağırıb. Onun fikrincə, hakimiyyətdə qadınların təmsilçiliyin artırılması üçün xüsusi qayğı göstərilməlidir. Deputat hesab edir ki, sosial vəziyyətin ağırlığı ilk növbədə qadınlara zərbə vurur.
Bakının küçələrində keçirdyim sorğuda iştirak edənlər isə ötən ilə nisbətən insanların daha yaxşı yaşadığını, küçələrdə gülüş sələrinin çoxaldığını deyir. Qiymətlərin sürətlə qalxması və sosial vəziyyətin ağırlığı isə insanları düşündürən başlıcə məsələdir.