Accessibility links

Azərbaycan Müsavat partiyası qiymətlərin artırılmasına etiraz olaraq mitinq keçirib


"Müsavat" partiyası Bakının Əhmədli qəsəbəsindəki Həzi Aslanov metro stansiyası- Ukrayna meydanı marşurutu ilə qiymətlərin artırılımasına etiraz olaraq yürüş-mitinq keçirib. Aksiya icazəli olduğundan hər hansı insident qeydə alınmayıb.

Müsavat partiyasının liderlərindən İbrahim İbrahimli bildirib ki, hökumətin əsas neft məhsulları və kommunal xidmətlərinin qiymətlərinin qalırılması ilə bağlı siyasəti əhalinin kəskin etirazı ilə qarşılanıb. Cənab İbrahimli Tarif Şurasının sədri, iqtisadi inkişaf naziri Heydər Babayevin qiymətlərin artırılmasının islahatla bağlasmasına kəskin reaksiya verib.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Ənvər Əliyev Azərbaycan iqtidarı insanların taleyini düşünməməkdə qınayıb. Onun qənaətincə, hökumət xalqın deyil seçkilərin nəticələrini qutularda boğan bir qrupp insanın mənafeini müdafiə edir.

Lətifə xanım sadə insanların adından danışıb. Onun çıxışı da sadə xalq dlinidə olduğundan orjinallığı ilə seçilib. Lətifə xanımTarif Şurasının qərarının kasıbalrın əleyihinə yönəldiyini bildirib. Xudaverdi Orucov isə Dağlıq Qarabağdan məçcburi köçküdür. Qiymətlərin artaralması qaçqın əhaliyə də ağır təsir göstərib. Ölkədə bir milyondan çox müharibə qaçqını var.

Müsavat partiyasının başqanı İsa Qəmbər Azərbaycan hökumətini savadsız adlandırıb. Onun fikrincə, əhalisinin maaşları aşağı olan, 1 milyon iki yüz min sosial pensiya alan, milyonlarla işsizi olan ölkədə qiymətləri dünya qiymətlərinə uyğunlaşdırmaq səhv addımdır. Müsavat başqanı ölkə prezidentini də kəsikn tənqid edib. Cənab Qəmbərin sözlərinə görə, dövlət başçısı xalqla hesablaşmır, xalqı saymır, daim xarici ölkələrdə olur.

Öz növbəsində, iqtidarda olan YAP siyasi Şurasının üzvü Aydın Mirzəzadə «Amerikanın səsi» radiosuna Müsavat başqanının söylədiklərinin əsassız olduğunu deyib. Onun fikrincə, hökumətin və prezidentin fəaliyyəti uğurludur.

XS
SM
MD
LG