Accessibility links

Azərbaycan vətəndaş cəmiyyətləri qiymətlərin bahalaşmasına etiraz edir


Əsas neft məhsullarının və kommunal xidmətlərin qiymətlərinin kəskin artımı vətəndaş cəmiyyətlərinin ciddi etirazına səbəb olub. Çoxsaylı qeyri-hökumt təşkilatının və ziyalıların birləşdiyi Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun bu gün keçirdiyi dəyirmi masada insanların sosial müdafiəsi gücləndirilmədən qyimətlərin artımı hökumətin səhv addımı adlandırılıb. Əməkçilərin hüquqlarının müdafiəsi liqasının rəhbəri Sahib Məmmədov qiymyət artımını hökumətin əhalinin soisal müdafiəsi, iqtisadi inkişaf istiqamətində gördüyü işlərin məhvi kimi qiymətləndirib. Onun fikrincə, əslində hökumət vergi ödəyicilərinin sayının artmasında maraqlı olmalıdır. «Əhalinin vəziyyəti nəzərə alınmadan qiymətlərin qaldırılması hökumətin xalqın deyil, inhisarçıların hüquqlarını müdaifə etdiyinə sübutudur. Məlumatıma görə, bu ilin martında qiymətlər yenidən qaldırılacaq». Bu sözləri İnsan Hüquqları üzrə Maarifləndirmə cəmiyyətinin sədri İradə Cavadova deyib. İqtisadi Araşdırmalar mərkəzinin rəhəbri Qubad İbadoğlunun fikrincə,Tarif Şurasının əhalini xəbərdar etmədən qiymətləri qalıdırmasında maraqlı şəxslər böyük maxinasiyalar edib. Belə ki, hökumət qiymətlərin qaldırılması ilə bağlı təklifini yanvarın 6-da Tarif Şurasına verməisnə baxmayaraq qərar yanvarın 8-də elan edilib. Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn Tarif Şurasının qərarını dövlətin və inhisarların vətəndaşlara qarşı hücumu adlandırıb. Onun fikrincə, vətəndaşlar və onların hüquqlarını müdaifə edən təşkilatlar da bu qurumlara qarşı mübarizədə birləşməlidir. Poltoloq Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycanda dövlət həm də sahibkar rolunda çıxış edir və o böyük qazanclar əldə etmək uğrunda mübarizə aparır. Bu səbədən də vətəndaşların hüquqları biznes maraqlarının tapdağına çevrilir. O Azərbaycan hökumətinin xalqa zidd siyasəti nəticəsində insanların yalnız Azərbaycanı tərk etmək ümidi ilə yaşdağını bildirib. «Qiymət artımı ilə bağlı siyasət 2008-ci ildə keçiriləcək preziden seçkilərinə hesablanıb». Bu mövqedən çıxış edən politoloq Raim Musabəyov hesab edir ki, hökumət 2007-ci ildə infilyasiya ilə bağlı bütün problemlərdən qurtarmaq istəyindədir. Hüquqşünas Erkin Qədirov tarif şurasının qiymət artımı ilə bağıl qərarının insanların mülkiyyət hüququna qarşı yönəldiyini və vətəndaşların konstitusiya hüququnu pozduğunu deyib. Onun fikrincə, vətəndaş cəmyyyətləri bununla bağlı Konstitutsiya məhkəməsi qarşısında çıxış etməlidir. Neft məhsullarının və komunal xidmətlərin qiymətlərinin qaldırılması digər məhsulların da qiymətlərinin bahalaşmasına təsir edib. Son iki gündə bazarda sanki bir xaotiklik yaranıb. Ölkənin iqtisadi siyasətini idarə edən hər hansı rəsmi şəxs əhaliyə bazardakı mövcud durum və gözlənilən vəziyyətlə bağlı hər hansı izahat verməyib. Müxalifət partiyalarv isə kütləvi etiraz aksiyalarına başlamağa start verib. «Ümid» partiyası yanvarın 13-də, «Müsavat» partiyası isə yanvarın 28-də mitinq keçirəcəyini bəyan edib. «Azadlıq» bloku da etiraz aksiyaları keçirəcəyini bildirib.
XS
SM
MD
LG