Accessibility links

ATƏT PA sədrinin xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


ATƏT Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycanda münaqişənin nizamlanması prosesi ilə bağlı müzakirələr aparıb. O Azərbaycan prezidenti İlham Əliyev,Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Oqtay Əsədovla görüşüb.
Xarici İşlər Naziri Elmar Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinin mümkünlüyünü bildirib.
Milli Məclisin sədri Oqtay Əsədov ötən ilin avqustunda Cənubi Qafqazda baş vermiş hadisələrdən sonra Avropanın, nüfuzlu beynəlxalq təşkilatların bölgəyə diqqətinin artmasınıyüksək qiymətləndirib. “Münaqişələrin həllinin yubanması təkcə Cənubi Qafqazın deyil, Avropanın da təhlükəsizliyinə təhdiddir”.
Cənab Əsədovun fikrincə, bəzi hallarda dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə məsələsi eyni tutulur. “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə bu iki prinsip heç vaxt bir yerdə ola bilməz. Dağlıq Qarabağda yaşayan millətlərin müqəddəratı yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür”.
Cənab Lenmarker də 2008-ci ilin avqustunda Cənubi Qafqazda baş vermiş hadisələrdən sonra bu bölgəyə diqqət artması regiondakı münaqişələrin həllinə müsbət təsir edəcəyini deyib.


XS
SM
MD
LG