Accessibility links

Azərbaycan Gürcüstanı dəstəkləyir


Gürcüstanın Cənubi Osetiya ərazisində aktiv hərbi qarşıdurma davam edir. Son məlumatlara görə, döyüşlər Cənubi Osetiyanın mərkəzi şəhəri Sxinvalidə gedir. Rusiya mətbuatının məlumatına görə, Sxinvaliyə Rusiya hərbi qüvvə və hərbi texnika yeridib.

Gürcü-Osetin münaqişəsinin aktiv hərbi qarşıdurmaya keçməsi Azərbaycanda diqqət mərkəzində olan birinci məsələdir. Prezident seçkiləri və yay olimpiya oyunlarına start verilsə də Azərbaycan mətbuatının xəbər başlıqları gürcü-osetin münaqişəsinə həsr olunub. Həm rəsmi Bakı, həm müxalifətdə olan siyasi partiyalar, həm də müstəqil politoloqlar Rusiyanın hərbi müdaxiləsini qəbul etmir və münaqişənin Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.

Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Rəsmi Bakı hesab edir ki. Gürcüstanın hərəkətləri ərazi bütövlüyünü təmin etmək hüququnun həyata keçirməsi kimi dəyərləndirilməlidir.

Mətbuat katibi regiondakı münaqişələrə digər dövlətlərin hərbi müdaxilənin əleyhinədir. Onun fikrincə, münaqişələrin həlli istiqamətində fəaliyyət göstərilməlidir.

Politoloq Rasim Musabəyov hesab edir ki, bölgədə böhranlı vəziyyəti Rusiya yaradıb. Onun fikrincə, son zamanlar Rusiya açıq şəkildə Cənubi Osetiya və Abxaziyanın Gürcüstandan ayrılmasına aparan siyasət seçib.

Politoloq hesab edir ki, Rusiyanın Gürcüstana müdaxiləsi beynəlxalq ictimaiyyətin sərt təzyiqləri ilə qarşılanacaq və bunun nəticələri Rusiya üçün ağır olacaq.

Cənab Musabəyovun qənaətincə, Gürcüstan Cənubi Osetiyada uğur qazanarsa, bu Ermənistan-Azərbaycan münaqişəsinin həlli baxımından da vacib perspektivlər yarada bilər.

Azərbaycan müxalifəti də birmənalı olaraq Gürcüsanı dəstəkləyir. AXCP sədri Əli Kərimli hesab edir ki, Gürcüstanın münaqişəyə cəlb edilməsi, onun NATO-ya üzvlüyə müraciətinin qarşısını almağa yönəlib. Çünki Rusiya Cənubi Qafqaz dövlətlərinin NATO-ya inteqrasiyasının əleyhinədir. O Rusiyanın Cənubi Osetiyaya girməsini Gürcüstan ərazisinin işğalı sayır.

XS
SM
MD
LG