Azərbaycan Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq xidmətinin rəisi İsmayıl Həsənov köçəri quşların Azərbaycan ərazisinə sentyabrın sonu oktyabrın əvvəllərində daxil olacağını bildirib. Onun sözlərinə görə, quşların miqrasiyası 2008-ci il martın sonlarında başa çatacaq. Bu səbədən də Dövlət Baytarlıq Xidməti quş qripi virusu aşkarlanarsa, buna qarşı mübarizə üçün kifayət qədər dizenfeksiya maddələrinə, dərmanlara və texniki vasitələrə malikdir.