Bu il noyabrın 16-18-də Tunisdə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiiti keçirilib. Sammitdə 174 ölkədən 19 mindən çox nümayəndə iştirak edib.
Azərbaycanı Sammitdə rabitə və texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi 64 nəfərlik nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndə heyəti Sammit çərçivəsində üç seminar təşkil edib və sərgidə 70 kvadratmetrlik sahədə məhsular nümayiş etdirilib.