Accessibility links

Politoloq Dağlıq Qarabağdakı Ermənistan hərbi qüvvələrinin çıxarılmasının müzakirəsini vacib sayır 


Politoloq Rasim Musabəyov hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlarda ilk növbədə işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ regionundan Ermənistan hərbi qüvvələrinin və ağır hərbi texnikasının çıxarılması məsələsinə diqqət yetirməlidir. Onun sözlərinə görə. Amerikalı həmsədr Metyu Brayza «Amerikanın səsi» teleradiosuna müsahibəsində yalnız Dağlıq Qarabağın ətrafında olan rayonlardan hərbi qüvvələrin çıxarılmasına diqqət ayırıb. Politoloq həmçinin təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan məsləhətləşmələrinin bərpa olunacağına əmindir.
XS
SM
MD
LG