Accessibility links

Ekspert Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünün nəticəsiz başa çatacağını bildirir


“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, sabah Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskvada keçiriləcək görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə hər hansı təsir göstərməyəcək. Ekspertin fikrincə, bu görüşün təşkilinə Rusiyanın son dövrlər beynəlxalq tənqidlərə cavabı kimi yanaşılmalıdır.

Cənab Oruclu Rusiyanın hərbi müttəfiqi Ermənistanın maraqlarına qarşı addım atacağına inanmır. “Azərbaycan münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həllini istəyir. Ermənistan isə Qağlıq Qarabağda yaşayan ermənilərin referendum yolu ilə gələcəklərini təyin etməsinə çalışır. Bu isə mövqelərin nə qədər uzaq olduğunu göstərir”.

XS
SM
MD
LG