Accessibility links

Rusiyanın ilk neft şirkəti Azərbaycan neftinin çıxarılmasında iştirak edəcək


Bu gün Rusiyanın "RussNeft" Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti "Zığ" və "Hövsan" yataqlarının daxil olduğu blok üzrə Saziş imzalayıb. Sazişi ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və "RussNeft" Şirkətinin prezidenti Mixail Qutseriyev imzalayıb. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, yataqlar 25 il müddətinə istismar olunacaq və pay bölgüsünə görə çıxarılan neftin 75 faizi "RussNeft"ə, 25 faizi isə ADNŞ-ə çatacaq. Onun sözlərinə görə, "RussNeft"ə verilən quru yataqları blokunun ərazisi 65 kvadrat kilometrdir və ilkin hesablamalara görə neft ehtiyatının həcmi 12 milyon tona çatır. Cənab Abdullayev Sazişdə ekoloji və sosial məsələlərin də əksini tapdığını deyib. «RussNeftin» prezidenti Mixail Qutseriyev bildirib ki, yataqların istismarı zamanı 100-150 milyon dollar vəsait qoyulacaq və bu vəsaitin 10-15 faizi ekoloji problemlərin həllinə yönəldiləcək. "RussNeft" Azərbaycan neftinin istimarında iştirak edən ilk Rusiya şirkətidir. Şirkət Azərbaycanda uzun müddətə işləməyə cəlib. Bizim üçün beynəlxalq səviyyədə işləmək əhəmiyyətlidir. «RussNeftin» müəssisələri Rusiya və MDB-nin 17 regionunda fəaliyyət göstərir. 20 mindən çox işçisi var. Şirkətin ümumi çıxarılabilən ehtiyatları 630 milyon tonu ötür. İllik hasilatın həcmi 17 milyon tondur"-deyə o qeyd edib. Hazırda Azərbaycanın xarici şirkətlərlə 26 neft və qaz kontraktı var. Onların 20-si fəaliyyətdədir.
XS
SM
MD
LG