Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri iyunun 4-də görüşəcək


Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyanın görüşü iyunun 4-də Sankt-Pederburqda Sürix və Praqada keçirilən əvvəlki görüşlərin keçirildiyi formatda olacaq. Bu barədə bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Görüşün əvvəlində ATƏT-in Minsk qrupu həmsədrləri öz istəklərini bildirəcək, sonra danışıqlar təkbətək davam etdiriləcək. Sonra həmsədrlər və xarici işlər nazirləri yenidən tövsiyə və tapşırıq verilməsi üçün prezidentlərin yanına dəvət ediləcək.
Nazir görüşün nəticələri ilə bağlı proqnoz verməyib. Praqada Ermənistan tərəfin “konstruktivlik” göstərmədiyini bildirib.

XS
SM
MD
LG