Accessibility links

Rusiya və İran Nabucco layihəsinə mane ola bilməyəcək


Xəzər Araşdırmalar mərkəzinin rəhbəri prezidenti, Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə keçmiş Dövlət müşaviri Vəfa Quluzadə Rusiyanın Xəzərdə əməkdaşlıq çağırışını real saymır. Onun fikrincə, Rusiyanın daxili vəziyyəti gərgindir. “Son günlər Şimali Qafqazda Rusiyaya imperiyasına qarşı terror çağrışları geniş vüsət alıb. Sayano-Şuşinskoye Su Elektrik Stansiyasında qəza baş verib, onlarla insan həlak olub. Rusiya daxili vəziyyətin gərginləşdiyini hiss edir və belə çağırışlar edir”.
Politoloq Xəzərdə qərbin layihələrinə Rusiya və İranın birgə mübarizəsinin əngəl törədə bilməyəcəyinə əmindir. “Hər iki dövlətdə daxili vəziyyət gərgindir. Bütün dövlətlər isə bərabər, səmimi əməkdaşlıqda maraqlıdır. Rusiya və İranın siyasəti isə digərlərinə qarşı yönəlib”.


XS
SM
MD
LG