Accessibility links

Sabah Azərbaycan Milli Məclisinə on seçki dairəsi üzrə təkrar seçkilər keçiriləcək      


Sabah Azərbaycan Milli Məclisinə seçkilər üzrə 10 seçki dairələrində təkrar seçkilər keçiriləcək. Seçki məntəqələri saat 8.00-dən 19.00-dək işləyəcək. Seçkilərdə 124 namizəd deputat mandatı uğrunda mübarizə aparır. MSK-nın məlumatına görə, namizədlərin 60 nəfəri bitərəf, 17 nəfəri partiya mənsubiyyətini göstərməyənlər, qalan namizədlər isə 17 siyasi partiyanın təmsilçiləridir. MSK sədri Məzahir Pənahov bildirib ki, seçkiləri 165 beynəlxalq müşahidəçi izləyəcək. «Onlar 26 dövləti və 20 beynəlxalq təşkilatı təmsil edir. Bundan başqa, seçkiləri 6500-dən çox yerli müşahidəçi və namizədlərin 522 səlahiyyətli nümayəndəsi izləyəcək». Cənab Pənahov seçkilərin azad və demokratik keçirilməsi lazımi şəraitin təmin edildiyini diqqətə çatdırıb, müşahidəçiləri və KİV nümayəndələrini neqativ hallara qarşı mübarizə aparmağa səsləyib. Onun sözlərinə görə, səsvermə 343 məntəqədə, o cümlədən hərbi hissələrdə və penitensiar müəssisələrdə keçiriləcək. «Seçkilərin ilkin nəticələri mayın 13-də axşamdan keçmiş açıqlanacaq. Dairələrdən daxil olan protokollar əsasında ilkin rəsmi nəticələr isə MSK tərəfindən 2 gün müddətində açıqlanacaq. 20 gün ərzində MSK şikayətlərə baxacaq və nəticələri təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edəcək»-deyə MSK sədri bildirib.
XS
SM
MD
LG