Accessibility links

Azərbaycan Müdafiə naziri atəşkəs rejiminin tez-tez pozulduğunu bildirib


Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ambartsum Asatryan Ermənistana qayıtmaqdan imtina edir. Bu barədə bu gün Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bildirib. Müdafiə naziri bir neçə ay öncə könüllü olaraq Azərbaycan təfərinə keçmiş Ermənistan Silahlı Qüvvələrinin əsgərinin üçüncü ölkəyə göndərilməsi üçün də iş aparıldığını deyib. Cənab Əbiyev son dövrlər Ermənistanla 1993-cü ildə əldə edilmiş atəşkəs rejiminin tez-tez pozulmasına da münasibət bildirib. Nazir Rusiyanın Gürcüstandakı hərbi bazasından çıxardığı hərbi heyəti və hərbi texnikanı Azərbaycanının işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlı mətbuatda dərc olunmuş məlumatlara da münasibət bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri isə sentyabrın 18-də Bakıya səfər edəcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib. Onun dediyinə görə, səfər zamanı Praqa prosesi çərçivəsində danışıqların davam etdirilməsi məsələsi müzakirə ediləcək.
XS
SM
MD
LG