Accessibility links

Harayın qonağı Aqil Səmədbəyli: İranda azərbaycanlıların hüquqlarını dövlət pozur 


Harayın qonağı Bütöv Azərbaycan Birliyi Mərkəzi Şurasının sədri Aqil Səmədbəylidir. O Türkiyənin Mərmərə Universitetinin iqtisadi bilimlər fakültəsini bitirib. Xalq Hərəkatına gənc yaşlarından qoşulub. Azərbaycan Milli Azadlıq Hərəkatının lideri. Eks-prezident vəfat etdikdən sonra Bütöv Azərbaycan Birliyinə rəhbərlik edir. Bütöv Azərbaycan Birliyi dünyada və əsasən İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və azadlıqları uğrunda mübarizə aparır.
O “Amerikanın səsi” radiosunda “Haray” proqramının fəaliyyətə başlamasını təqdirəlayiq hadisə adlandırıb. Onun fikrincə. İranda yaşayan azərbaycanlıların mübarizəsinin bir adı da haraydır. Onların harayını dünyaya çatdırmaq böyük bir missiyadır.
Cənab Səmədbəyli Güney Azərbaycanında yaşayan soydaşlarının durumunu acınacaqlı adlandırıb. “Onların fundamental hüquqları sistemli və məqsədli qaydada pozulur. Bu hüquqlar əsasən İran hakimiyyəti tərəfindən pozulur. Hökumətin qanunu pozmasına qarşı çıxanlar isə zindanlara atılır, ağır işgəncələrə məruz qalır” .
Bütöv Azərbaycan Birliyinin Rəyasət üzvü olan deputatların vaxtaşırı Cənubi Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı məsələləri Azərbaycan parlamentində qaldırdığını deyib. “Amma hökumətin bu istiqamətdə fəaliyyəti yoxdur”.
BAB sədrinin fikrincə, təşkilatın qurucusu Əbülfəz Elçibəyin əsas ideyası Güney və Qüzey Azərbaycanın azadlığı və demokratik cəmiyyət kimi dünyada nümunə olması olub. “Hazırda biz bu ideyaların reallaşması yolunda çarpışırıq”, - deyə o qeyd edib.


XS
SM
MD
LG