Accessibility links

Azərbaycan Cənub Dəhlizi layihəsini dəstəkləyir


Azərbaycan 2008-ci ildə 44.6 mln ton neft hasil edilib. 2009-cu ildə isə bu rəqəm 46-47 mln tona çatdırılacaq. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycanın bugünkü karbohidrogen ehtiyatları qısa müddət ərzində neft hasilatını ildə 65 mln tona çatdırmağa imkan verir. Nazir bununla yanaşı Azərbaycanın çoxsaylı perspektiv strukturlarının olduğunu diqqətə çatdırıb. O, misal kimi yaxınlarda Abşeron strukturu üzrə Total şirkəti ilə bağlanmış sazişi göstərib.
Cənab Əliyev Nabucco layihəsi ilə bağlı danışıqlara da toxunub. Azərbaycan Cənub Dəhlizi layihəsini dəstəkləyir, ancaq Şahdəniz qazının Nabucco layihəsi çərçivəsində satılacağı barədə hələ hər hansı razılıq yoxdur.
Nazirin dediyinə görə, həm Avropa ölkələri, həm Rusiya, həm də İran Azərbaycan qazını almaq arzusundadır. Azərbaycan isə qazını səmərəli və davamlı kommersiya qiymətləri ilə satacaq.
Cənab Əliyev Türkiyəyə satdığı qazın qiymətini qaldırmaqla bağlı danışıqların davam etdiyini də deyib. İndiyədək Türkiyəyə hər min kub metr qaz 120 dollara satılırdı. Onun dediyinə görə, Azərbaycanla Türkiyəyə qazın qiymətini digər ölkələrdən aldığı qiymətlərə uyğunlaşdırılmasını təklif edir. Türkiyə Azərbaycan, İran, Rusiya və Əlcəzairdən qaz alır. Misal üçün, ötən il Rusiya qazı Türkiyəyə 450-500 dollara satıb. İndi bu qiymətlər 250-280 dollar təşkil edir.

XS
SM
MD
LG