Accessibility links

Azərbaycanda seçki sistemi və siyasi partiyaların maliyələşdirilməsi müzakirə olunub    


ATƏT-in təşəbbüsü ilə "Siyasətdə şəffaflığa doğru: Azərbaycanda seçki sistemi və siyasi partiyaların maliyyələşdirilməsi" mövzusunda ikigünlük seminar açılıb. Seminarda prezidentin İcra Aparatının şöbə müdirləri, ATƏT-in Bakı ofisinin rəhbəri və iyirmiyədək siyasi partiya rəhbəri iştirak edir. Tədbirdə seçki sistemləri , siyasətdə pulun rolu, siyasi maliyyənin yaxşı təcrübə standartları, Azərbaycanda siyasi partiyaların maliyyələşməsi mövzuları müzakirə olunur. Müzakirələr zamanı əsas mübahisələr seçki sistemi ilə bağlı olub. Belə ki, iqtidarı dəstəkləyən siyasi partiyalar mövcud olan majoritar seçki sistemini, müxalif partiyalar isə proporsional və ya qarışıq sistemi müdaifə edib. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-syiasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, siyasi partiyalar haqqında qanun artıq ictimai müzakirəyə çıxarılıb. Onun sözlərinə görə, müzakirələrin nəticəsi olaraq qanunlara konstitusiya uyğun dəyişiklik ediləcək. Şöbə müdiri siyasi partiyaların maliyyələşdirilməsi məsələsinin dünyadakı mövcud praktikaya uyğun qurulacağını bildirib. O hesab edir ki, partiyaların dövlət tərəfindən maliyələşdirliməsi onların seçkidə iştriak vəziyyəti ilə uzlaşdırılmalıdır. Cənab Həsənovun güman edir ki, əksər siyasi partiyalar gizli maliyyə mənbələrindən maliyələşir və hər hansı siyasi partiya maliyyə hesabatını açıqlamır. Müxalifətdə olan siyaysi partiya rəhbərləri hesab edir ki, ölkədə seçki fəallığının artırılması üçün proporsional seçki sistemi bərpa olunmalıdır. Demokratik Sahibkarlar partiyasının sədri Asim Mollazadə ATƏT-in təşkil etidiyi seminarı dialoq istiqamətində atılan addım kimi də qiymətləndirir. İqtidaryönümlü «Ana Vətən» partiyasının sədri Fəzail Ağamalının fikrincə, seçicilərlə daha çox ünsiyyət saxlamaq, onların problemlərinin öyrənilməsi baxımından majoritar seçki sistemi daha mütərəqqidir. Ancaq cənab Aağamalı qarışıq sistemi də dəstəkləyir. YES seçki blokunun təmsilçisi Eldar Namazov majoritar sistemdə siyasi partiyaların və blokların hüquqlarının daha çox pozulduğunu deyir. Onun sözlərinə görə, siyasi blokun təmsilçiləri yüz minlərlə səs yığmasına baxmayaraq parlamentdə bir nəfər deputatla təmsil olunmur. YAP sədrinin müavini Əli Əhmədov majoritar sistemi müdaifə edir. Onun sözlərinə görə, seçki sistemi məsələsi 2002-ci ildə referendum yolu həll edilib və ölkə əhalisi majoritar sistemi dəstəkləyib. Cənab Əhmədovu daha çox narahat edən siyasi partiyaların maliyyə qaynaqlarının şəffaf olmamasıdır. Siyasi partiyların maliyələşməsində şəffaflığın təmin edilməsini müxalif partiyalar da dəstəkləyir. Onlar hesab edir ki, həm də hökumətdə və onun nəzarətində olan təşkilatlarda şəffaflıq təmin edilməlidir. Eldar Namazovu dinləyək. Xalq partiyasının sədri Pənah Hüseynin fikrincə, ilk öncə dövlət qeydiyyatına alınmış siyasi partiyaların hamısı ilkin maliyyə vəsaiti əldə etməlidir və sonrakı dövrdə maliyyələşmə seçkilərdə qazanılmış səslərə uyğun aparılmalıdır.
XS
SM
MD
LG