Accessibility links

Ekspert İsrail prezidentinin Azərbaycana səfərinə İranın etirazını düzgün hesab etmir


Yaxın və Orta Şərq üzrə ekspert Sədrəddin Soltan İran səfirinin İsrail prezidentinin Azərbaycana səfəri ilə bağlı Tehrana çağırılmasında qeyri-adilik olmadığını deyir. Onun fikrincə, İranın bu hərəkəti etiraz əlamətidir. “İsrail prezidentinin Azərbaycana səfərinin Azərbaycan-İran münasibətlərinə hər hansı təsiri olmayacaq. Çünki Azərbaycan Ermənistan prezidentinin İran səfərinə münasibət bildirməyib. Hər bir dövlət öz milli maraqlarına uyğun xarici siyasət yeridir”.
Ekspert Xəzər dənizinin cənub sərhədlərinin delimitasiyası istiqamətində irəliləyişin olacağına inanmır. Onun fikrincə, İranın Xəzərlə bağlı mövqeyində dəyişiklik görünmür.

XS
SM
MD
LG