Accessibility links

ABŞ Azərbaycanda pensiya islahatları üçün 600 min dollar qrant ayırıb


Azərbaycanda təqaüd sistemində islahatların keçirilməsi üçün Dövlət Sosial Müdafiə Fondu ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında texniki yardım üzrə qrant sazişi imzalanıb. Sazişə görə, ABŞ pensiya islahatlarının dərinləşdirilməsi üçün 600 dollar qrant ayırıb. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qrant Sazişinin imzalanmasını pensiya islahatları sahəsində mühüm mərhələnin başlanğıcı adlandırıb. Onun sözlərinə görə, pensiya islahatlarının üçüncü mərhələsinin reallaşdırılması üçün 1 milyon 111 min 400 ABŞ dollar sərf olunacaq. Bunun 600 min dolları ABŞ-ın qrantı, qalan hissəsi isə Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödəniləcək. ABŞ səfiri Enn Dersi bildirib ki, yeni sistemin tətbiqi gələcək nəsillərin pensiyalarının ödənilməsinə və cəmiyyətin aztəminatlı təbəqələrinin ehtiyaclarının həllinə yardım edəcək. Səfir bu qrantın Amerikanın Azərbaycana yardım sahəsində yeni yanaşmasının əyani təzahürü olduğunu deyib.
XS
SM
MD
LG