Accessibility links

«Azərbaycanda söz azadlığı təhlükədədir» mövzusunda dəyirmi masa keçirilib


Müxalifətdə olan «Azadlıq» siyasi bloku «Azərbaycanda söz azadlığı təhlükədədir» mövzusunda dəyirmi masa keçirib. Tədbirdə bloka daxil olan siyasi partiyaların rəhbərləri, hüquq müdafiəçiləri, KİV redaktorları, qeyri hökumət və jurnalist təşkilatlarının təmislçiləri iştirak edib. AXCP sədri Əli Kərimli söz azadlığına qarşı iqtidarın təzyiqələrinin təhlükəli xarakter aldığını bildirib. Onun fikrincə, son zamanlar təzyiqəlrin miqyası o qədər genişlənib ki, bu artıq söz azadlığının məhvi deməkdir. «Sülh və Demokratiya» institutunun direktoru Leyla Yunus ictimaiyəti söz azadlığının boğulmasına qarşı mübarizəyə çağırıb. Onun fikrincə, söz azadlığının təhlükədə olduğu bir vaxtda ölkədəki bütün qüvvələr vahid şüar altında birləşməlidir. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu iqtidarın hazırda apardığı kampaniyanın təhlükəli müstəviyə keçidiyini deyib. Onun sözlərinə görə, iqtidarın əlində sıradan çıxarılması nəzərdə tutulan 50-dən çox redaktor və jurnalistin siyahısı var. Vəkil Aslan İsmayılov azad mətbuata hücumları suverenliyə hücum kimi dəyərləndirib. Onun fikrincə, söz azadlığı olmayan cəmiyyətdə inkişaf mümkün deyil. Yeri gəlmişkən onu da bildirim ki, söz azadlığının vəziyyəti ilə bağlı dünən Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri də narahatlığını bildirib. İqtidarda olan YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı isə AŞPA məruzəçilərinin və müxalifətin dediklərini əsassız adlandırıb. Onun sözlərinə görə, ölkədə yüzlərlə qəzet və jurnal çap olunur, çoxsaly raldio və televiyalar var. Hətta regionlarda belə, kifayət qədər yetərli KİV fəaliyyətdədir.
XS
SM
MD
LG