Accessibility links

Azərbaycan Xalq Cəbhəsi partiyasının fəalları söz və mətbuat azadlığını müdafiə məqsədilə aclıq edəcək  


Müxalifətdə olan "Azadlıq" siyasi blokunun Sədrlər Şurasının toplantısında azad sözə və mətbuata qarşı hökumət tərəifindən başlanmış təqib və təzyiq kampaniyası müzakirə olunub. Bu barədə AXCP sədri Əli Kərimli bildirib. Onun sözlərinə görə, son günlər «Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarılması ilə bağlı Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Dövlət Komitəsi məhkəməyə müraciət edib. Cənab Kərimli binanın 1992-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə «Azadlıq» qəzetinə müddətsiz və əvəzsiz istifadəyə verildiyini deyib. AXCP sədri binanın alınması ilə bağlı cəhdləri siyasi adlandırıb. Onun fikrincə, Azərbaycan hökuməti de-fakto 70 illərin totalitar siyasətinə qayıtmaq siyasəti yürüdür. Cənab Kərimli AXCP-nin azad mətbuata təzyiqlərin qarşısının alınması və binanın qorunması üçün bütün demuoratik vasitələrdən istifadə edəcəyini bəyan edib. Partiyanın sabahkı toplantısında aclıq aksiyasına başlamaq və etiraz aksiyalarının keçirilməsi məsələləri müzakirə olunacaq. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-syiasi şöbəsinin müdir müavini Nazim İsayev deyilənləri «əsassız və siyasi» sayır. Onun sözlərinə görə, hökumətin hərəkətləri qanuauyğundur, son illər söz və mətbüuat azadlığı sahəsində irəliləyişlərə nail olunub.
XS
SM
MD
LG