Accessibility links

Bakıda etiraz aksiyası zamanı onlarla adam xəsarət alıb


Bakının mərkəzində Azadlıq prospekti, Rəşid Behbudov, Ticarət küçələri, Nəsimi meydanı rayonunda «Azadlıq» seçki blokunun tərəfdarları mitinq keçirməyə cəhd edib. Cəhdin qarşısı polis təərfindən alınıb. Çoxlu sayda saxlanan və onlarla xəsarət alan olub. Xəsarət alanlar arasında ağır olanlar və jurnalistlər də var. Bir neçə aksiya iştirakçısı isə başından xəsarət alıb. Jurnalistlərdən ikisi «Boz qurd» qəzetinin redaktoru Ramiz Nəcəfli və Ayna qəzetinin müxbiri İdrak Abbasov Təcili Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mətbuat Şurası ilə Daxili İşlər nazirliyinin birgə monitorinq qrupunun üzvü İbrahim Məmmədli Amerikanın səsi radiosuna ondan çox jurnalistin xəsarət aldığını bildirib. Hüquq müdafiəçisi Səidə Qocamanlı mitinqçilərə divan tutulduğunu deyib. Onun sözlərinə görə, gözləri qarşısında çoxlu sayda jurnalist də zorakılığa məruz qalıb. Norveçin Azərbaycandakı səfiri Steynar Gil də baş verənləri müşahidə edib. O Amerikanın səsi radiosuna bildirib ki, mitinqçilər tərəfindən ictimai qayda pozulmayıb. «Hesab edirəm polis mövqe tutub dayanmalı idi. Başa düşə bilmirəm ki, insanları qovub döymək nəyə lazım idi. Bu lazım deyildi. Onlar bir qrup adam idi, ictmai qaydanı pozmurdular, polisə qarşı hər hansı təhlükə törətmirdilər». AXCP sədri Əli Kərimli baş verənləri hökumətin palanlı hərəkəti adlandırıb. Onun fikrincə, polis zorakılığı nəticəsində onlarla adam ciddi xəsarət alıb, yüzlərlə saxlanan var. Cənab Kərimli nümayişçilər tərəfindən hər hansı zorakılığa yol verilmədiyii bildirilib. Onun sözlərinə görə, Azadlıq bloku bundan sonra da aksiyalarını dinc yolla keçirmək əzmindədəir. AXCP sədri hakimiyəti qan tökməməyə danışıqlar stolu arxasında məsələni həll eğməyə çağırıb. O Azadlıq blokunun şəhərin müvafiq meydanlarından birində belə mitinq keçirməyə hazır olduğunu bildirib. Öz növbəsinəd Bakı şəhər Baş Polis idarəsinin rəis müavini Yaşar Əliyev Amerikanın səsi radiosuna bildirib ki, Azadlıq blokuna daxil olan siyasi partiyaların fəalları şəhərin bir neçə yerində icazəsiz mitinqə cəhd edib və cəhdin qarşısı polois tərəfindən alınıb. Onun sözlərinə görə, xəsarət alan polis əməkdaşları da var. Cənab Əliyev həmçinin 30 nəfər aksiya iştirakçısının saxlandığını bildirib. Rəis müavini jurnalistlərin döyülməsi ilə bağlı məlumatları isə təkzib edib. Onun sözlərinqə görə, bəzi aksiya iştirakçıları jurnalist vəsiqəsindən istifadə edib. Yaşar Əliyev Ayna qəzetinin əməkdaşı İdrak Abbasovun da polis tərəfindən təzyiqə məruz qalmadığını, özünün ürəkkeçməsi olduğunu bildirib.
XS
SM
MD
LG