Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşa 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Artıq 14 ildir ölkənin canlı musiqi akademiyası adlandırılan Şuşa işğal altında inləyir. Şəhərdə azərbaycanlılara məxsus mədəniyyət və tarixi abidələr yerlə-yeksan edilib, məşhur Üzeyir bəyin, Natəvanın və Xan Şuşinskinin heykəlləri güllələnib. Bu gün Şuşaının işğalı günü ilə əlaqədar dünyanın bir çox ölkələrində etiraz mitinqələri, Azərbaycanda anım mərasimləri keçirilib. Paytaxt Bakıda minlərlə insan Şəhidlər xiyabanını ziyarət edib, şəhərin müdafiəsində həlak olanlar xatırlanıb.14 ilin həsrəti şuşalıları doğma şəhərləri üçün yamanca darıxdırıb. Azərbaycan Yolu Siyasi Hərəkatı bu gün 7 ölkədə BMT-nin ofisi qarşısında etiraz aksiyaları keçirib. Hərəkatın rəhbəri İlqar Qasımov Azərbaycanın işğal olunmuş torpaqlardan erməni qoşunlarının çıxarılması ilə bağlı BMT-nin 4 qətnaməsinin indiyədək yerinə yetirilməməsini beynəlxalq birliyin biganəliyi kimi qiymətləndirir. Şuşanın işğalı Azərbaycan tarixinin siyasi böhranlı dövrünə təsadüf edir. Belə ki, 1992-ci ildə hakimiyyət uğrunda siyasi mübarizə ağır dövrünü yaşayırdı. Milli birlik yox dərəcəsinə çatmışdı, bundan da maraqlı dövlətlər istifadə edirdi. Şəhər işğal olunarkən Azərbaycan rəhbərləri İranın vasitəçiliyi ilə Tehranda danışıqlar aparırdı. Şuşanın işğalından bir neçə gün sonra mayın 14-də Moskvanın müdafiə etdiyi Ayaz Mütəllibov yenidən hakimyyəti ələ alıb. Həmin gün Turan agentliyinə müsahibəsində o, Şuşanın işğalını hərbi dövrün şıltaqlığı adlandıb və şəhərin azad olunacağına işarə edib. Lakin cənab Mütəllibov bir sutkadan sonra siyasi qarşıdurma şəraitində yenidən Moskvaya qayıdıb. Baş nazirin keçmiş birinci müavini Rəhim Hüseynovun sözlərinə görə keçmiş müdaifə naziri Şuşanın müdafəisi ilə bağlı əmrləri məhz Moskvadan verirmiş. 1992-ci ildə Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi və nizami ordusu yox idi. Bu səbəbdən şəhəri əsasən könüllülər müdafəi edirdi. Şuşa batalyonunun komandiri Fəxrəddin Səfərovun Amerikanın səsi radiosuna bildirib ki, könüllülər əşəhəri Azərbaycan rəhbərliyinin əmri ilə tərk edib. O zamankı hökumət mülki əhalinin də qeydinə qalmayıb. Şəhərin minlərlə mülki əhalisi müharibə qurbanına çevrilib. Bütün bunlara baxmayaraq, Şuşa sakinləri öz doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayır. Ancaq Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqların gedişinə ümid edən qalmayıb. Şuşalılar hesab edir ki, danışıqlardan artıq Şuşa mövzusu çıxarılıb. Son 14 ildə yüzlərlə Şuşalı dünyaya Şuşasız göz açıb.Şəhərin qocaman sakinləri kimi, bu insanlar da doğma yurdlarında yaşamaq arzusundadır. Onlar dağlar gözəli, mədəniyyət incisi Şuşanı görmək istəyini xəyallarında əzizləyir.