Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşəcək


ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heyki Talvitye Azərbaycana iki günlük səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. O səfər zamanı Azərbaycan prezidenti, xarici işlər naziri, siyasi partiya təmsilçiləri və media rəhbərləri ilə görüşlər keçirib.

Cənab Talvitye səfərinin məqsədinin Dağlıq Qarabağ probleminin nizamlanması ətrafındakı durum və prezident seçkilərinə hazırlıqla bağlı tanışlıq olduğunu bildirib. "Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı iki ölkə rəhbərliyi arasında danışıqılarn davam etməsindən məmnunam. İyulun 31-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək və mən də orada olacağam".

Cənab Talvitye prezident seçkilərindən sonra danışıqların daha intensiv olacağına ümidvar olduğunu bildirib. "Münaqişənin həllinə gəlincə, nizamlanma ərazi bütövlüyü və xalqlarını öz müqəddəratını təyinetməyə əsaslanmalıdır, Biz bu zaman Dağlıq Qarabağa ən yüksək status verilməsini nəzərdə tuturuq"- deyə diplomat qeyd edib.
Qarşıdan gələn prezident seçkilərinə toxunan xüsusi nümayəndə ATƏT-in monitorinq missiyasının həm seçki öncəsi, həm də seçki sonrası Azərbaycanda olacağını deyib. "Hazırda müşahidə missiyanın tərkibi müəyyənləşdirilir. Seçkiləri biz keçirmirik, amma seçkilərə qiyməti biz verəcəyik. Seçkilərin demokratik olması çox vacibdir. Bakı şəhər İcra Hakimiyyəti başçısı, Mərkəzi Seçki komissiyasının sədri, Bakı şəhər polis rəhbərliyi ilə sərbəst toplaşmaq azadlığının təmin olunması müzakirə edilib. Aksiyaların keçirilməsi üçün yerlərin müəyyən olunması ilə bağlı ATƏT-in Bakı ofisinin rəhbərinin vasitəçiliyi ilə hakimiyyətlə müxalifət arasında danışıqlar və məsləhətləşmələr davam etdiriləcək".



XS
SM
MD
LG