Accessibility links

Apellyasiya məhkəməsi Azərbaycan Tarif Şurasına qarşı iddianı təmin etməyib


Azərbaycan Apellyasiya Məhkəməsində hakim İsmayıl Vəliyevin sədrliyi ilə Tarif Şurasına qarşı qaldırılan iddiaya baxılıb. Prosesdə Səbael Rayon Məhkəməsinin fevralın 13-də Tarif Şurasına qarşı qaldırılmış iddianı təmin etməməsi ilə bağlı qərardaddan verilən şikayət araşdırılıb və təmin edilməyib. Bir qrup qeyri hökumət təşkilatı və mülki şəxs məhkəməyə ünvanladığı şikayətdə Tarif Şurasının yanvarın 6-da əsas enerji məhsullarının və kommunal xidmətlərin qyimətlərin artırılması ilə bağlı qərarlarının onların Konstitusion hüquqlarına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qarşı olduğu üçün qüvvədən düşmüş sayılmasını xahiş edir. Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev bildirib ki, Apellyasiya Məhkəməsi müvafiq icra hakimiyyəti olmadığı üçün Tarif Şurasına qarşı iddianın yolverilməzliyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir. Cənab Əliyev Apellyasiya məhkəməsinin qərarının sifarişlə qəbul edildiyini deyib. O hesab edir ki, Tarif Şurası bir çox qanunvericilik aktlarını pozaraq qiymətləri qəflətən və əhali qabaqcadan xəbərdarlıq edilmədən qaldırıb. Məhkəmədə olarkən diqqətimi daha maraqlı məqamlar da çəkdi. Belə ki, mülki işlər üzrə apellyasiya şikayətlərinə baxılan zalların qapısı arxasında onlarla insan növbə gözləyir. Hakirlər isə işi araşdırmaq əvəzində sanki insanlarla deyil konveyerdəki mexanizmlərlə işləyir. Rayonlardan Bakıya ayaq döyən insanların şikayətlərinə baxılması dəfələrlə təxirə salınır.
XS
SM
MD
LG