Accessibility links

Rusiya İranın  təcrid formasında qalmasını istəyir


“Ayna”-“Zerkalo” qəzetlərinin siyasi şərhçisi Rauf Mirqədirov hesab edir ki, İrana qarşı yeni iqtisadi sanksiyalar hərtərəfli olmasa, təsirləri az olacaq. Ona görə ki, bu ölkə neçə illərdir sanksiyalar şəraitində varlığını saxlayır.
Şərhçinin fikrincə, sanksiyalar o qədər əhatəli olmalıdır ki, ölkənin daxili və xarici siyasətinə təsir etsin. “Qərb hesab edir ki, İran regional və beynəlxalq siyasətin neqativ təsiredicisindən, pozitiv təsiredicisinə çevrilməlidir. İkinci mühüm faktor isə Rusiyadır. Rusiya İranın müsbət faktora çevrilməsini istəmir. Çünki İran pozitiv faktora çevrilərsə Rusiyanın enerji bazarlarındakı dominantlığına təsiredici qüvvə olacaq. Bu isə Rusiyanın milyardlarla dollar gəlirlərinin əlindən çıxması deməkdir. Məhz bu səbəbdən Rusiya daim İranın müdafiəsindədir. Rusiya İranın mümkün qədər dünyadan təcrid olunmuş formada qalmasında maraqlıdır”.

XS
SM
MD
LG