ABŞ tərəfi xarici radiolarla bağlı müzakirələri davam etdirmək üçün
Azərbaycan hökumətindən cavab gözləyir. Biz hesab edirik ki, danışıqların əsas
məzmunu radioların FM tezliyində yayımının bərpası ətrafında olmalıdır. Bu
barədə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson
“Amerikanın səsi”nə bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti danışıqlara hazır olduğu barədə
Amerika tərəfini xəbərdar etdikdən sonra Amerika Beynəlxalq Yayım Şurasının
nümayəndələri müzakirələri davam etdirmək məqsədilə Azərbaycana səfər edəcək.
“Amerika Beynəlxalq Yayım Şurasının nümayəndə heyəti hər zaman Azərbaycana
səfər etməyə hazırıdır. Danışıqların vaxtını Azərbaycan hökuməti təyin
etməlidir”-deyə o qeyd edib.