Accessibility links

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb


Bu gün təlim uçuşu zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 döyüş təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot –Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiq edib və qəzanın səbəblərinin araşdırıldığını bildirir. Qəza paytaxt Bakıdan 65 kilometr şimalda Xəzər dənizinin sahilində baş verib. Son məlumatlara görə, hadisə yerində Müdafiə nazirliyinin və Fövqəladə Hallar nazirliyinin xilasedici dəstələri işləyir. Yerli sakinlər qəzanın günorta saatlarında baş verdiyini deyir. Qəza zamanı hava aydın olub. ANS-PRESS Agentliyinin məlumatına görə, təyyarə dənizə düşdüyündən axtarışlar katerlə davam etdirilir. Axtarışların iki ekipaj üzvüнцн və həmçinin təyyarənin qara qutusu tapılana qədər davam etdiriləcəyi bildirilir. Agentlik ilkin məlumatlara əsaslanaraq bildirir ki, təyyarə təlim uçuşu zamanı aktiv manevr edərkən qəzaya uğrayıb və onun qalıqları dənizin 15 metr dərinliyindədir. Media forum» saytının məlumatına görə, bu gün qəzaya uğrayan MİQ-29 təyyarəsi Ukrayna istehsalıdır və dördüncü nəslə aiddir. Dördüncü nəsil MİQ-29 NATO təsnifatına görə «Fulcrum» adlandırılır. Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatlarla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. «Fulcrum» 30 millimetrlik QŞ-301 tipli topa sahibdir. QŞ-301 dəqiqədə 1500 atış edir. Təyyarə UR-60 və R-27 tipli raketlərlə təchiz edilib. MİQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.
XS
SM
MD
LG