Accessibility links

Azərbaycan məhkəməsi dörd ölkənin 16 vətəndaşını terrorçuluğa görə məhkum edib


Azərbaycanın Ağır Cinayətlərə dair Məhkəməsi Çeçenistanda hərbi əməliyyatlarda iştiraka görə Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşı olan 16 nəfər barəsində hökm çıxarıb. Onlar qəsdən adam öldürmə, qanunsuz silahlı birləşmələrin yaradılması, hakimiyyət nümayəndələrinə müqavimət göstərmə maddələri ilə ittiham olunub. Müttəhimlərdən bir nəfəri ömürlük, 5 nəfər 5 il, bir nəfər 10 il, qalanları isə 7-8 il azadlıqdan məhrum edilib. Qrup iştirakçıları Gürcüstanın Pankisi dərəsində təlim keçib və Çeçenistanda mücahidlərin tərəfindən döyüşmək istəyən zərbaycanlıları ələ alıb. Onlar Nəsimi rayon polisinin əməkdaşını da qətlə yetirib. Vəkil Mirsimayıl Hadi cinayətin baş verdiyini təsdiq edib. Ancaq o cəzanını uzunmüddətliliyindən narazıdır. Xatırladaq ki, son illər Çeçenistanda hərbi əməliyyatlarda iştirakla bağlı yüzədək insan Azərbaycan məhkəmələri tərəfindən məhkum edilib.
XS
SM
MD
LG