Accessibility links

Azərbaycan Ermənistan ordusunun əsir düşmüş əsgərini qaytarıb


2005-ci il dekabrın 16-da əsir düşmüş Ermənistan silahlı qüvvələrinin əsgəri Mutafyan Eduard Artuşeviç yanvarın 18-də Ermənistana qaytarılıb. Əməliyyat Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Bu bardə Benyəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi məlumat verib. BQXK bildirir ki, bu qurum 1992-ci ildən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fəaliyyətə başladığı vaxtdan 655 nəfərin qaytarılmasına nail olub.
XS
SM
MD
LG