Accessibility links

Tütün hər il dünyada 5,4 milyon adamın ölümünə səbəb olur 


31 may- Ümumdünya Tütün İstifadasi ilə Mübarizə günüdür. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, tütün dünyada qarşısı alına bilinən əsas ölüm gətiricilərindən biridir və o özünün müntəzəm istifadəçilərinin 50 faizinin ölümünə səbəb olur.

“Tütündən istifadə bir çox xroniki xəstəliklərə, o cümlədən xərçəng, ağ ciyər xəstəlikləri və ürək-damar xəstəliklərinə səbəb olur. Hazırda dünyada tütün məmulatlarından istifadə ildə 5,4 milyon adamın ölümünə səbəb olur. Ölüm həddi davamlı olaraq artır və iyirimi ildən sonra 80 %-i inkişaf etməkdə olan ölkələrin payına düşməklə 8 milyona çatacaqdır”-deyə təşkilatın məlumatında qeyd edilir.

Beynəlxalq səhiyyə ekspertləri hesab edir ki, ciddi tədbirlər görülməzsə 21-ci əsrdə tütün istifadəsindən bir milyarddan çox insan dünyasını dəyişə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı tütünlə mübarizə üzrə daha güclü iş aparmaq üçün qlobal və regional səviyyədə siyasət təklif edir. Hökumətləri, beynəlxalq ictimaiyyəti, bütün səviyyə və sektorlarını səfərbərliyə çağırır.

Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Marqaret Çan qeyd edib ki, “21-ci əsrdə bir milyard kişi, qadın və uşağın həyatını təhlükə altında qoyan qlobal tütün epidemiyası probleminin həlli insanların öz əlindədir.”

XS
SM
MD
LG