Accessibility links

Dünya Ticarət Təşkilatı «Azərbaycan sənayesinin prioritet sahələrinin inkişaf problemləri» mövzusunda seminar keçirib   


Bakıda Dünya Ticarət Təşkilatı, BMT-nin Sənayenin İnkişafı Təşkilatı və Azərbaycan hökumətinin dəstəyi ilə «Dünya Ticarət Təşkilatının Doha İnkişaf Gündəliyi: Azərbaycanda sənayenin prioritet sahələrinin inkişafı problemləri» mövzusunda seminar keçirilir. Tədbirə Azərbaycan xarici işlər nazirinin müavini, ABŞ-ın Azərbaycandakı və Dünya Ticarət Təşkilatı yanındakı səfirləri, BMT-nin, Dünya Ticarət Təşkilatının ekspertləri, yerli biznes strukturlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın ÜTT-yə qəbul üçün müxtəlif sahələrdə islahatları davam etdirdiyini bildirib. Onun sözlərinə görə, hökumət həm ÜTT-yə üzv dövlətlərərlə danışıqları davam etdirir, həm də daxildə islahatlara başlayıb. Nazir müavini eyni zamanda ölkədə rəqabət mühitini ideal saymır və bu sahədə qanun layihəsinin hazırlandığını deyib. O Azərbaycanın inkişaf etməkdə olan ölkə kimi təşkilata üzv qəbul olunmasına tərəfdardır. Belə olarsa Ahərbaycan kənd təssərüfatına 10 faizlik daxili yardım yönəldə bilər və hazırda bu 12 faiz təşkil edir. Cənab Məmmədquliyev ABŞ ÜTT-yə qəbul məsələləri ilə bağlı Azərbaycana dəstək verən birinci ölkə olduğunu diqqətə çatdırıb. «ABŞ hökmətinin dəstəyi ilə üç illik texniki yardım proqramı həytata keçirilib. Ümid edirik ki, ABŞ ÜTT-yə qəbul məsələsi ilə bağlı ağır prosesdə Azərbaycana bundan sonra da dəstək verəcək". ABŞ-ın Cenevrədə ÜTT-i yanında səfiri Piter Algeyer bildirib ki, ÜTT-yə üzv olmaqla bağlı siyasi qərarın olması vacibdir. "ABŞ Azərbaycanın ÜTT-yə üzv olmasını istəyir və dəstəkləyir. Üzvülük Azərbayücan üçün çox yüksək səviyyəli irəliyə doğru bir prioritetdir və Azərbaycan prezidenti bunu dəfələrlə elan edib. Amerika Azərbaycanın üzv olması üçün bundan sonra da köməyini əsirgəməyəcək». Cənab Algeyerin fikrincə, ölkənin ÜTT-yə qəbulu üçün qanunvericilik, tarif siyasəti və texniki tələblər beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. "Üzv olmaq üçün infrastrukturun rəqabəti təmin edilməli, bərabər biznes və qiymət mühüiti təmin edilməlidir". BMT-nin Sənayenin İnkişafı təşkilatının müşaviri Bernard Bau hesab edir ki, Azərbaycan qlobal arenaya çıxmağa böyük önəm verir. Onun sözlərinə görə, texniki yardım proqramlarını reallaqşdırmaq Azərbaycan üçün çox çətin olacaq. «Qloballaşma nəticəsində ölkələrdə qeyri-bərabər şəraitlər yaranıb. Bəzi ölkələr bu yarışda udub, bəziləri uduzub. Azərbaycana maksimum kömək etmək lazımdır ki, ölkə ona sərf edən şərtlərlə ÜTT-yə daxil olsun. Biz iqtisadiyyatı keçid dövründə olan ölkələrə kömək üçün proqram hazırlamışıq. Bu ölkələr ilk öncə istehsalın səviyyəisini yüksəltməli, məhslullarını beynəlxalq rəqabətə hazırlamalı, beynəlxalq ticarət inteqrasiyasına daxil olmalıdır. Hesab edirik ki, Azərbaycanda beynəlxalq ticarətin inkişafı bu ölkəyə böyük xeyir gətirəcək», ÜTT-nin Texniki Əməkdaşlıq Departamentinin eksperti Martin Smitin sözlərinə görə, Azərbaycan üzv qəğul olunması üçün bir çox narahaedici məsələləri müzakirə etməlidir.«Bu məsələlər əsasən biznesə, məhsul və xidmətlərə aiddir»-deyə o qeyd edib. Tədbirdə "Qloballaşmanın Azərbaycan üçün çağrışları və ÜTT-yə üzv olma prosesi", "Azərbaycana Ticarət sahəsində ayrılmış texniki yardım Proqramı", "Azərbaycan sənayesinin inkişaf problemləri", "Azərbaycan ixracında rəqabət necə yüksəldilməlidir?", "Azərbaycan məhsullarının rəqabətə davamlığının yüksəldilməsində standartlaşma sisteminin inkişafının rolu" mövzularında məruzələr dinlənilib.
XS
SM
MD
LG