Accessibility links

Avropa İttifaqı Azərbaycan üçün 20 milyon avro vəsait ayırır


Avropa İttifaqı Azərbaycan üçün 20 milyon avro vəsait ayırır. Bu barədə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi məlumat yayıb.
Xəbərə görə, maliyyə yardımı üzrə bu proqramın əsas məqsədi kənd təsərrüfatı və kəndin inkişaf etdirilməsinə yardım etməklə Azərbaycanda iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etməkdir. “Avropa İttifaqı bu proqram vasitəsilə qeyri-neft sektoru iqtisadiyyatında düzgün inkişaf imkanlarının diqqətlə inkişaf etdirilməsində, yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasında, beləliklə ölkədə neft və qaz ehtiyatlarının məhdud olmasının nəticələrini və ümumi iqtisadi inkişafı ünvanlamaqla Azərbaycana yardım etmiş olur.
Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissar Benita Ferrero-Valdner deyib. "Davamlı iqtisadi inkişaf, məşğulluq üçün bazanın təmin edilməsi, regionlar və Azərbaycanın əhalisi arasındakı qeyri-bərabərliyin azaldılması baxımından iqtisadiyyatın çoxşaxələnməsi ölkənin uzunmüddətli inkişafı üçün mühümdür. Iqtisadiyyatın çoxşaxəli inkişafının, o cümlədən kənd təsərrüfatı və kəndin davamlı inkişafının təşviq edilməsinin Azərbaycan hökuməti üçün əhəmiyyət kəsb etdiyini görməyə şadam. Avropa Komissiyası bu müsbət təkana əsaslanmaq istəyir. 20 milyon avro məbləğində olan bu vəsaiti ayırmaqla Avropa İttifaqı təhlükəsiz və keyfiyyətli ərzağın əldə edilməsini yaxşılaşdırmaq, ərzağın mövcudluğunu və təchizatını sabitləşdirmək niyyətindədir. Bundan başqa, biznes mühitini yaxşılaşdırmaqla və institusional potensialı artırmaqla Avropa İttifaqı kənd təsərrüfatı və kəndin inkişafı sahəsində sahibkarlığı təşviq edir”,- deyə komissar qeyd edib

XS
SM
MD
LG