Accessibility links

Azərbaycan seçki ilə bağlı mühüm tövsiyələri yerinə yetirməyib


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosu, Avropa Şurasının Venetsiya Komissiyası Azərbaycanda «Seçki məcəlləsi»nə dəyişikliklərlə bağlı tövsiyəlrin yerinə yetirilmə vəziyyəti haqqında yekun rəyinin layihəsini açıqlayıb. Sənəddə təəssüflə bildirilir ki, Avropa Şurası Parlament Assambleyasının və Nazirlər Komitəsinin israrlı tövsiyələrinə baxmayaraq, ən mühüm təkliflər Azərbaycanın hakimiyyət orqanları tərəfindən yerinə yetirilməyib. «Qəbul edilmiş düzəlişlər əsasən texniki və az əhəmiyyətli məsələlərə aid olmaqla tövsiyələri yalnız məhdud dərəcədə əks etdirir. «Önəmli məsələlərə dair mühüm tövsiyələr ya ümumiyyətlə yerinə yetirilməyib, ya da qeyri-qənaətbəxş yerinə yetirilib. Seçki komissiyalarının təşkili, şikayətlərin imzalanması, namizədlərin qeydə alınmasından imtina, seçiqadağı kütləvi tədbirlər üçün yer, təşviqat hüququ, maliyyələşdirmə müddəaları, qeydiyyatın ləğvi prosedurları, ilkin nəticələrin elan edilməsi, şikayətlər, apellyasiyalar və başqa müdəalarla bağlı tövsiylər yerinə yetirilməmiş qalır»-deyə rəydə qeyd olunur. Nəhayət ATƏT-in və Venetsiya Komissiyasının ekspertləri hesab edir ki, «Seçki Məcəlləsi» həddən artıq mürəkkəbdir və orada, xüsusən namizədlərin qeydiyyatı, seçkiqadağı təşviqatın maliyyələşdirilməsi və seçkiqadağı təşviqat materiallarının məhdudlaşdırılması haqqında müddəalarda lüzumsuz təkrarlar var. «ATƏT və Venetsiya Komissiyası bu fikirdədir ki, nəzərdən keçirilən qanun demokratik seçkilərə dair ATƏT-in öhdəliklərinə və Avropa Şurasının standartlarına yalnız qismən cavab verir və ictimaiyyətin Azərbaycanda seçki qanunvericiliyinə zəruri inamına nail olmaq üçün yetərli deyil». Yekun rəy Azərbaycanda həmişə olduğu kimi bu dəfə də birmənalı qarşılanmayıb. Yenə də iqtidarda olan YAP sənədi qərəzli, müxalifətdə olan siyasi partiya təmsilçiləri reallığı əks etdirdiyini bildirir. İlk öncə YAP icra katibinin müavini Mübariz Qurbanlını dinləyək. Müxalfiətdə olan AXCP sədrinin müavini Fuad Mustafayevisə hesab edir ki, Avropa stanlartlarına uğun seçki keçirmək üçün ATƏT-in və Venetsiya komissiyasının tövsiyələri mütləq yerinə yetirilməlidir.
XS
SM
MD
LG