Accessibility links

Gündə dünyada vərəm xəstəliyinə yoluxmuş  4400 nəfər dünyasını dəyişir


«Bu il Ümumdünya Vərəm Gününün mövzusu olan “Harada isə vərəm – hər yerdə vərəm” şüarı bu xəstəliklə mübarizəmizin mühüm bir mərhələsində uzlaşdırılmış birgə qlobal fəaliyyətə çağırışdır». Bu barədə BMT Baş katibi Ban Ki-Munun dünya ictimaiyyətinə müraciətində deyilir. Baş katib bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə qlobal miqyasda vərəmə yoluxma göstəriciləri artıq öz yüksək nöqtəsini keçib və ölüm faizi enməyə başlayır – bu, Minilliyin İnkişaf Məqsədlərindən biri kimi vərəm göstəricilərinin artma tendensiyasını geriyə çevirməyin mümkünlüyünə bir işarədir. «Bütün dünyada vərəmə yoluxma hadisələrinin demək olar ki 60 faizi artıq qeydiyyata alınır və bunların böyük əksəriyyəti müalicə edilir. Keçən onillik ərzində hökumətlər və geniş miqyasda müxtəlif tərəfdaşların səyləri nəticəsində 26 milyon xəstə vərəmə qarşı təsirli müalicə almışdır. Lakin eyni zamanda bir çox ölkədə vərəm baş qaldırmaqdadır. O, hələ də gündə 4400 nəfərin həyatına son qoyur. Vərəm xəstəliyinə tutulan insanların sayı artmaqdadır. AİDS-ə yoluxmuş insanların əksəriyyəti bilavasitə vərəmdən ölür – indi dərmanlara olduqca davamlı vərəmin meydana gəlməsi bizi nəinki yeni pandemiya təhlükəsi ilə hədələyir, bu həm də HİV-ə qarşı müalicə proqramlarının effektivliyini ciddi təhlükə altına alır». Baş katib dünya ictimaiyyətini vərəmin qarşısını almaq üçün 2006-2015-ci illər üzrə qlobal planın tam şəkildə həyata keçirilməsinə çağıprır. «Əgər biz bunu etsək, 14 milyon insanın həyatını xilas edər, vərəmin ləğv olunması üçün vacib, son dərəcə ehtiyac duyulan yeni vərəm dərmanları və diaqnostika vasitələrinin işlənib hazırlanmasına imkan yaradarıq.Vərəmə qarşı çox məsrəf tələb etməyən müalicə vasitəsi artıq 50 ildən çoxdur ki mövcuddur. Lakin bir çoxları üçün həyatlarını xilas edəcək bu müalicə hələ də əlçatmazdır. Bizə daha çox siyasi iradə lazımdır. Bizə daha effektiv maliyyələşdirmə lazımdır. Qoy bu il vərəmin bütün formalarına qarşı istənilən məkanda və hər yerdə mübarizənin genişlənməsi ili olsun».
XS
SM
MD
LG